20 Okt 2026, Ça

UEFA Çempionlar Liqası: “Atletiko” Madriddə “Arsenal” ilə qarşılaşacaq

PAYLAŞIN:

Bu gün UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ikinci oyunu keçiriləcək.

Paraqraf.com-un məlumatına görə, “Atletiko” Madriddə İngiltərənin “Arsenal” klubu ilə qarşılaşacaq.

Görüş “Metropolitano” stadionunda, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Matçı niderlandlı Denni Makkeli idarə edəcək.

Tərəflər arasında cavab görüşü mayın 5-də olacaq.

Xatırladaq ki, UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda PSJ Fransada Almaniya çempionu “Bavariya”nı 5:4 hesabı ilə üstələyib.

 

Paraqraf.com 

Loading