19 Okt 2026, Be

“Hizbullah” Livanda İsrailin “Hermes 900” PUA-sını vurub

PAYLAŞIN:

“Hizbullah” döyüşçüləri Livanın cənubunda İsrailə məxsus “Hermes 900” pilotsuz uçuş aparatını vurub.

Paraqraf.com-un məlumatına görə, hərəkat bununla bağlı Telegram-da bəyanat yayıb.

Məlumata görə, İsrail Hərbi Hava Qüvvələrinin pilotsuz təyyarəsi Qantara bölgəsi üzərindən uçarkən yer-hava raketi ilə vurulub.

“Hizbullah” həmçinin iddia edir ki, əvvəllər də eyni ərazidə İsrailin “Merkava” tankına hücum edilib. Hərəkat hücumun intiharçı pilotsuz təyyarəsi tərəfindən həyata keçirildiyini iddia edir.

 

Paraqraf.com 

Loading