Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Ekspertdən çağırış: Xaricdə təhsil gənclərin həyatını dəyişən fürsətdir
MANŞETÖZƏL

Ekspertdən çağırış: Xaricdə təhsil gənclərin həyatını dəyişən fürsətdir

29 Aprel 2026 2 Min Read
PAYLAŞIN:

Bu gün qloballaşan dünyada təhsil artıq yalnız bir ölkə çərçivəsində məhdudlaşmır. Gənclər daha keyfiyyətli bilik əldə etmək, yeni təcrübə qazanmaq və gələcək karyeralarını qurmaq üçün xaricdə təhsil almağa üstünlük verirlər. Xarici universitetlər tələbələrə müasir tədris proqramları, beynəlxalq mühit və geniş imkanlar təqdim edir.

Təhsil eksperti Vüsət Əzizov “Paraqraf.com”a deyib ki, xaricdə təhsil almaq sadəcə diplom əldə etmək deyil, bu, insanın dünyagörüşünü, düşüncə tərzini və həyat istiqamətini dəyişən mühüm təcrübədir:

“Qloballaşan dünyada bu seçim gənclərə həm şəxsi, həm də peşəkar baxımdan ciddi üstünlüklər qazandırır. Əvvəla, xarici universitetlərdə tədris sistemi çox vaxt daha praktik və müasir olur. Tələbələr yalnız nəzəri biliklərlə kifayətlənmir, real layihələrdə iştirak edir, araşdırma aparır və müstəqil düşünməyi öyrənirlər. Bu isə onları əmək bazarına daha hazırlıqlı vəziyyətə gətirir.

Digər mühüm üstünlük beynəlxalq mühitdir. Müxtəlif ölkələrdən olan tələbələrlə ünsiyyət qurmaq, fərqli mədəniyyətləri yaxından tanımaq insanın dünyagörüşünü genişləndirir. Bu cür mühitdə oxuyan gənclər daha açıq fikirli, çevik və tolerant olurlar. Bu keyfiyyətlər isə müasir iş dünyasında yüksək qiymətləndirilir”.

O qeyd edib ki, xaricdə təhsil almaq istəyən tələbələr dil bacarıqlarını da inkişaf etdirməlidirlər:

“Xaricdə təhsil alan tələbələr gündəlik həyat və təhsil prosesi vasitəsilə xarici dili daha sürətli və effektiv mənimsəyirlər. Bu isə onların gələcəkdə beynəlxalq şirkətlərdə işləmək imkanlarını artırır.

Karyera baxımından isə xaricdə təhsil böyük üstünlük yaradır. Xarici diplom və beynəlxalq təcrübə işəgötürənlər üçün cəlbedici görünür. Bundan əlavə, tələbələr təhsil aldıqları ölkədə təcrübə proqramlarında iştirak edə və peşəkar əlaqələr qura bilirlər. Bu əlaqələr gələcək iş imkanları üçün mühüm rol oynayır.

Xaricdə yaşamaq gəncləri daha müstəqil, məsuliyyətli və problemləri həll etməyə qadir edir. Yeni mühitə uyğunlaşmaq onların özünəinamını artırır və həyatda daha cəsarətli qərarlar verməsinə kömək edir.

Bununla belə, bu seçim müəyyən çətinlikləri də özündə birləşdirir. Maddi xərclər, ailədən uzaq qalmaq və mədəni uyğunlaşma kimi məsələlər hər kəs üçün asan olmaya bilər. Amma düzgün planlama və hazırlıqla bu çətinlikləri aşmaq mümkündür. Xaricdə təhsil gənclərin gələcəyinə çoxşaxəli təsir göstərir: onlara daha keyfiyyətli bilik, beynəlxalq təcrübə və geniş karyera imkanları qazandırır. Bu, yalnız peşəkar uğur deyil, həm də daha zəngin və dolğun həyat təcrübəsi deməkdir”.

Ekspert sonda valideyn və abituriyentlərə müraciət edib ki, xarici ölkələrdə yerləşən ali təhsil müəssisələrində təhsil almaq üçün mütləq ciddi araşdırma aparmaq lazımdır:

“Bunun üçün Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyinin ttka.edu.az rəsmi internet saytında məlumatlarla tanış ola bilərlər. Burada agentliyə edilən müraciətlərin təhlili nəticəsində yerli akkreditasiyası olmadığı üçün ali təhsil sənədlərinə imtina verilmiş universitetlərin siyahısı yer alıb. Bundan başqa, digər vacib məlumatları da əldə etmək mümkündür”.

Kəmalə Vəliyeva
Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

“Neftçi” “Qarabağ”la oyunda yaşananlara görə 13 min manat cərimələnib

Next

Professor Qorxmaz İmanov: “Gələcəyin iqtisadi idarəetmə sistemi məhz süni intellekt, qeyri-səlis məntiq və böyük verilənlərin sintezi üzərində formalaşacaq”

Copyright 2026— Praqraf.com. All rights reserved