Skip to content
29 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Aprel
  • 29
  • Ekspert açıqladı: Gömrükdə gecikən mallar dövlət mülkiyyətinə veriləcək

Ekspert açıqladı: Gömrükdə gecikən mallar dövlət mülkiyyətinə veriləcək

admin 29 Aprel 2026 3 minutes read
IMG-20260429-WA0006
PAYLAŞIN:

Gömrük sərhədini keçdikdən sonra altı ay ərzində rəsmiləşdirilməyən mallar və nəqliyyat vasitələrinin dövlət mülkiyyətinə keçirilməsi təklif olunur. Bu məsələ Gömrük Məcəlləsinə ediləcək dəyişiklik layihəsində öz əksini tapıb.

Sənədə əsasən, gömrük sərhədini keçdiyi gündən altı ay müddətində rəsmiləşdirilməmiş və ya rəsmiləşdirilməsi başa çatmamış mallar və nəqliyyat vasitələri dövlət mülkiyyətinə keçiriləcək.

Qeyd edək ki, sənəd Milli Məclisin mayın 1-də keçiriləcək plenar iclasının gündəliyində yer alıb.

Nəqiliyyat eksperti Adil Nəbiyev “Paraqraf.com”a bildirib ki, Gömrük Məcəlləsinə təklif edilən dəyişiklikdə nəzərdə tutulan əsas məqam-gömrük sərhədini keçdiyi gündən etibarən altı ay müddətində rəsmiləşdirilməmiş mallar və nəqliyyat vasitələri artıq dövlət mülkiyyətinə keçiriləcək:

“Bu yanaşma bir tərəfdən gömrük prosedurlarının sürətləndirilməsinə, digər tərəfdən isə qeyri-rəsmi dövriyyənin və qanunsuz saxlanılan yüklərin qarşısının alınmasına xidmət edir. Bu dəyişiklik praktiki baxımdan o deməkdir ki, idxalçı və ya daşıyıcı şəxs malı ölkəyə gətirdikdən sonra onu uzun müddət “gözləmə rejimində” saxlaya bilməyəcək və mütləq şəkildə qanunvericiliyin tələb etdiyi qaydada bəyan edib rəsmiləşdirməlidir.

Əks halda, həmin əmlak üzərində hüququnu itirmək riski ilə üzləşəcək. Bu isə xüsusilə logistika, ticarət və fərdi idxal fəaliyyəti ilə məşğul olan şəxslər üçün məsuliyyəti ciddi şəkildə artırır”.

Ekspert qeyd edib ki, Gömrük Məcəlləsinə təklif edilən dəyişiklik dövlət üçün əlavə üstünlüklər yaradır:

“Çünki uzun müddət sahibsiz və ya rəsmiləşdirilməmiş qalan malların uçotu, saxlanması və nəzarəti ilə bağlı xərclər azalır, büdcəyə potensial daxilolmalar artır və gömrük orqanlarının işi daha şəffaf və operativ hala gəlir. Lakin bu dəyişiklik müəyyən riskləri də özündə ehtiva edir. Çünki bəzi hallarda sənədləşmə gecikmələri obyektiv səbəblərdən yarana bilər və bu zaman sahibkarların zərərə düşməməsi üçün əlavə izahat mexanizmləri və ya istisna halların dəqiq tənzimlənməsi vacib olur. Əks halda, qərar sərt tətbiq olunduqda kiçik və orta biznes subyektləri üçün əlavə çətinliklər yarada bilər. Buna görə də, bu dəyişiklik yalnız inzibati nəzarət aləti kimi deyil, həm də iqtisadi mühitə təsiri baxımından balanslı şəkildə tətbiq olunmalıdır”.

 

Kəmalə Vəliyeva
Paraqraf.com

Loading

Visited 1 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Mayda temperatur 32 dərəcəyədək yüksələcək – AYLIQ PROQNOZ
Next: “Neftçi” “Qarabağ”la oyunda yaşananlara görə 13 min manat cərimələnib

OXŞAR MÖVZULAR

09df4a92-99db-4030-80cd-a338c7b3b44d

Ekspertdən çağırış: Xaricdə təhsil gənclərin həyatını dəyişən fürsətdir

admin 29 Aprel 2026
17773924984095818849_1200x630

Ağdamda qaz təchizatı sistemlərinin təhlükəsizliyinə həsr olunmuş tədbir keçirilib

admin 29 Aprel 2026
4e5qV6coHQknNufv0KBKhDhbO5yNb5EeaemxCMx3_1200

Azərbaycan məhkəmələrində monitorinqin aparılması qaydaları təsdiqlənib

admin 29 Aprel 2026

XƏBƏR LENTİ

Ekspertdən çağırış: Xaricdə təhsil gənclərin həyatını dəyişən fürsətdir 09df4a92-99db-4030-80cd-a338c7b3b44d

Ekspertdən çağırış: Xaricdə təhsil gənclərin həyatını dəyişən fürsətdir

29 Aprel 2026
“Neftçi” “Qarabağ”la oyunda yaşananlara görə 13 min manat cərimələnib 3uCJsWlxXVmVo5e2bOCAUZtoEnauCl6y0DmP0PTz_1200

“Neftçi” “Qarabağ”la oyunda yaşananlara görə 13 min manat cərimələnib

29 Aprel 2026
Ekspert açıqladı: Gömrükdə gecikən mallar dövlət mülkiyyətinə veriləcək IMG-20260429-WA0006

Ekspert açıqladı: Gömrükdə gecikən mallar dövlət mülkiyyətinə veriləcək

29 Aprel 2026
Mayda temperatur 32 dərəcəyədək yüksələcək – AYLIQ PROQNOZ xgiNLim5fl6inc4Zcd64m4A9avvopBmmC3PivJaV_1200

Mayda temperatur 32 dərəcəyədək yüksələcək – AYLIQ PROQNOZ

29 Aprel 2026
Ceyhun Bayramov koreyalı həmkarı ilə ikitərəfli münasibətləri müzakirə edib JLOtdkaIOAR3FdyG5dvrp9qVAut9SvGQEZg2MvXv_1200

Ceyhun Bayramov koreyalı həmkarı ilə ikitərəfli münasibətləri müzakirə edib

29 Aprel 2026
Bakı və Maskat statistika sahəsində qarşılıqlı fəaliyyəti müzakirə ediblər iuQedNw9wQUtKveyg1N7SHllJxYJ1hfkMazsYQOz_1200

Bakı və Maskat statistika sahəsində qarşılıqlı fəaliyyəti müzakirə ediblər

29 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.