Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/Azərbaycan və Qazaxıstan XİN-ləri əməkdaşlığın inkişafını müzakirə ediblər
SİYASƏT

Azərbaycan və Qazaxıstan XİN-ləri əməkdaşlığın inkişafını müzakirə ediblər

29 Aprel 2026 1 Min Read
PAYLAŞIN:

Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov və Qazaxıstanın Xarici İşlər Nazirliyinin (XİN) aparat rəhbəri Amangeldi Sainov iki ölkənin Xarici İşlər Nazirlikləri (XİN) arasında qarşılıqlı fəaliyyətin inkişafı məsələlərini müzakirə ediblər.

Paraqraf.com xəbər verir ki, bu barədə Qazaxıstan XİN məlumat yayıb.

Bakıda keçirilən danışıqlarda, həmçinin kadr və maliyyə siyasətinə, daşınmaz əmlakın idarə edilməsinə və informasiya təhlükəsizliyinə nəzarət edən aidiyyəti sahələrin rəhbərləri də iştirak ediblər.

Görüş zamanı tərəflər müasir şəraitdə diplomatik xidmətlərin rolu və milli maraqların səmərəli şəkildə irəli çəkilməsi üçün onların daha da təkmilləşdirilməsi yolları barədə fikir mübadiləsi aparıblar. Qazaxıstan və Azərbaycanın XİN-lərinin kadr siyasəti məsələlərinə, o cümlədən diplomatların seçimi prosedurlarının və onların peşəkar hazırlığının yaxşılaşdırılması üzrə yanaşmalara xüsusi diqqət yetirilib.

“Tərəflər, həmçinin diplomatik nümayəndəliklərin fəaliyyətinin maliyyə təminatı və büdcə planlaşdırılmasının əsas aspektlərini, eləcə də diplomatik xidmət əməkdaşlarının mövcud təşviqetmə mexanizmlərini müzakirə ediblər. Səfərin yekunlarına əsasən, tərəflərin əməkdaşlığın daha da dərinləşdirilməsində, müntəzəm təcrübə mübadiləsində və XİN xətti ilə birgə təşəbbüslərin həyata keçirilməsində qarşılıqlı marağı təsdiqlənib”, – məlumatda bildirilib.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycan və BƏƏ arasında Hərtərəfli Strateji Tərəfdaşlıq üzrə Əməkdaşlıq Komitəsinin iclası keçirilib

Next

Ağdamda qaz təchizatı sistemlərinin təhlükəsizliyinə həsr olunmuş tədbir keçirilib

Copyright 2026— Praqraf.com. All rights reserved