20 Okt 2026, Ça

Azərbaycan I rübdə vahid xəzinə hesabının idarə edilməsindən 7 milyon manatdan çox gəlir əldə edib

PAYLAŞIN:

Bu ilin I rübündə Azərbaycanda vahid xəzinə hesabının qalığının aktiv idarəetməyə verilməsindən 7,4 milyon manat faiz gəliri əldə edilib.

Paraqraf.com bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, söhbət xarici valyutada olan vəsaitlərin idarə edilməsindən gedir.

Xatırladaq ki, 2025-ci ildə Azərbaycanda vahid xəzinə hesabının effektiv idarə edilməsi sayəsində dövlət büdcəsinə ümumilikdə 121 milyon manat gəlir təmin olunub.

 

Paraqraf.com 

Loading