20 Okt 2026, Ça

Səhiyyə Nazirliyinin rəhbər heyəti Zərifə Əliyevanın məzarını ziyarət edib

PAYLAŞIN:

Səhiyyə naziri Teymur Musayev və nazirliyin rəhbərliyi Fəxri xiyabanı ziyarət edib.

Paraqraf.com xəbər verir ki, ziyarət zamanı Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq Zərifə Əliyevanın məzarları önünə gül dəstələri qoyulub.

Zərifə xanım Əliyevanın anadan olmasının 103 ili münasibətilə əziz xatirəsi ehtiramla yad edilib.

Həmçinin, ziyarət zamanı görkəmli dövlət və ictimai xadim Əziz Əliyevin, istedadlı həkim Tamerlan Əliyevin məzarları üzərinə də tər çiçəklər qoyulub.

 

Paraqraf.com 

Loading