Skip to content
28 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Aprel
  • 28
  • Prezident sel və daşqınların təsirlərinə qarşı mübarizəyə 85 milyon manatdan artıq vəsait ayırıb

Prezident sel və daşqınların təsirlərinə qarşı mübarizəyə 85 milyon manatdan artıq vəsait ayırıb

admin 28 Aprel 2026 2 minutes read
-a0ae1557177148433370228316410079152
PAYLAŞIN:

Azərbaycan Prezidenti İlham Əliyev sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə üçün ümumilikdə 85 milyon manatdan artıq vəsait ayırıb.

Paraqraf.com-un məlumatına görə, bununla bağlı dövlət başçısı Sərəncam imzalayıb.

Sənəddə qeyd olunub ki, cari ilin mart–aprel ayları ərzində güclü leysan yağışları və yaranan sel suları Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində ciddi dağıntılara səbəb olmuş, kənd təsərrüfatına, infrastruktur (yol, körpü, elektrik) obyektlərinə və yaşayış evlərinə ciddi ziyan vurub.

“Aidiyyəti dövlət orqanları (qurumları) tərəfindən mövcud vəziyyətin təhlili aparılaraq, operativ və təxirəsalınmaz tədbirlər nəticəsində fəsadların aradan qaldırılması istiqamətində əməli işlər görülmüş, su basmış ərazilərdən suların çəkilməsi, sel və daşqın sularının maneəsiz ötürülməsi, əhalinin təxliyəsi və təhlükəsizliyi təmin edilmiş, infrastrukturun bərpası və təmir-tikinti işləri həyata keçirilib”, – sənəddə deyilir.

Sərəncama əsasən, Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində güclü leysan yağışları və yaranan sel suları nəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılması istiqamətində görülən işlərin davamlılığının təmin edilməsi, habelə gələ­cəkdə analoji halların təkrarlanmaması üçün Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan bu Sərəncama Əlavədə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün ümumilikdə 85 milyon 869 260 manat ayrılıb.

Bu vəsaitdən Fövqəladə Hallar Nazirliyinə 8 milyon 876 210 manat, Bakı Şəhər İcra Hakimiyyətinə 1 milyon 437 315 manat, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə 21 milyon 443 875 manat, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 39 milyon 103 600

 

Paraqraf.com 

Loading

Visited 6 times, 6 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: İlham Əliyev Azərbaycanla Belarus arasında sürücülük vəsiqələrinin tanınması haqda sazişi təsdiq edib
Next: Azərbaycan nefti cüzi ucuzlaşıb

OXŞAR MÖVZULAR

w7s2DdroxqA9u6mO9GWAUemLvEnuPT3ZmEUxFOYp_1200

Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş konfrans keçirilib

admin 28 Aprel 2026
shxQXTySTDpWpRU3Te3DOspEJIxxBaz95bTYEl9c_1200

Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə uşaq evi sosial xidmət müəssisəsində olublar

admin 28 Aprel 2026
0c954c19-ac81-4830-992b-326bdbdc8b4b_1200

Prezident Qvineyada “ASAN xidmət” modelinin tətbiqi ilə bağlı əməkdaşlığa dair Saziş”i təsdiq edib

admin 28 Aprel 2026

XƏBƏR LENTİ

Azərbaycan I rübdə dövlət zəmanətli borcunun məbləğini 35 %-ə yaxın azaldıb dFIQtBexO8mJJ9JDBoPNobpXmtI23W8vNUoryVeg_1200

Azərbaycan I rübdə dövlət zəmanətli borcunun məbləğini 35 %-ə yaxın azaldıb

28 Aprel 2026
Azərbaycanın xarici dövlət borcunun yeni tərkibi açıqlanıb 5KmA0MQFpPaziQcMhh0M11BR4eBqQlZ3KldR0kZ4_1200

Azərbaycanın xarici dövlət borcunun yeni tərkibi açıqlanıb

28 Aprel 2026
Hikmət Mirzəyev türkiyəli həmkarı ilə hərbi əməkdaşlığı müzakirə edib 8VChGVL6NQqw0Pxj2BLpI2r60yD1neTGm98jkkfu_1200

Hikmət Mirzəyev türkiyəli həmkarı ilə hərbi əməkdaşlığı müzakirə edib

28 Aprel 2026
Ağcabədidə avtomobil piyadanı vuraraq öldürüb d4fc6917-f48c-33e3-bbc3-bd2fb9e8c12e_1200

Ağcabədidə avtomobil piyadanı vuraraq öldürüb

28 Aprel 2026
Sabah hava yağıntılı olacaq – PROQNOZ sUg7nNMfefQu80tYITOB03FijPRPo7ozOr7Xq5em_1200

Sabah hava yağıntılı olacaq – PROQNOZ

28 Aprel 2026
Müəllimlərin işə qəbulu imtahanlarının iyulun 1-8-də keçirilməsi planlaşdırılır

Müəllimlərin işə qəbulu imtahanlarının iyulun 1-8-də keçirilməsi planlaşdırılır

28 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.