Skip to content
28 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Aprel
  • 28
  • İqtisadiyyat Nazirliyinə və “ASAN Xidmət”ə yeni səlahiyyət verilib

İqtisadiyyat Nazirliyinə və “ASAN Xidmət”ə yeni səlahiyyət verilib

admin 28 Aprel 2026 3 minutes read
lzOzlFlbUGFyOpMXqMsFqO1yuqUSc1Kul3AVysxX_1200
PAYLAŞIN:

Prezident İlham Əliyev “Dövlət xidmətləri haqqında” 31 oktyabr 2025-ci il tarixli qanunun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə 3 dekabr 2025-ci il tarixli fərmanında dəyişiklik edib.

Paraqraf.com xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.

Fərmana əsasən, İqtisadiyyat Nazirliyinə və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə (“ASAN Xidmət”) yeni səlahiyyət verilib.

Belə ki, dövlət xidmətinin istifadəçisi üçün vahid hüquqi nəticənin yaranmasına səbəb olan hər hansı bir inzibati icraat fərqli xidmət təminatçıları tərəfindən təmin edilən bir neçə dövlət xidmətindən ibarətdirsə, həmin dövlət xidmətləri İqtisadiyyat Nazirliyi, vahid xidmət mərkəzlərində isə “ASAN Xidmət” tərəfindən əlaqələndirilməklə formalaşdırılmalıdır.

Eyni zamanda dövlət xidmətlərinin göstərilməsinin çevikliyini, səmərəliliyini artırmaq, habelə xidmət istifadəçilərinin əlavə vaxt itkisinin və məsrəflərinin qarşısını almaq, xidmətlərin daha keyfiyyətli, rahat və innovasiyaları tətbiq etməklə həyata keçirilməsini təmin etmək məqsədilə İqtisadiyyat Nazirliyinin müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən hallarda dövlət xidmətləri xidmət təminatçısına tabe olmayan, maraqlar toqquşmasını istisna edən nəzarət və monitorinq mexanizminin təmin edildiyi vahid və əlaqələndirilmiş formada sözügedən dövlət qurumlarının müəyyən etdiyi orqanın (qurumun) vahid xidmət mərkəzlərində həyata keçirilə bilər. Bu halda xidmət təminatçısı tərəfindən vahid xidmət mərkəzlərində həyata keçirilən dövlət xidmətinin dizaynının hazırlanması və reqlamentinin təsdiq edilməsi “ASAN Xidmət”in müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmaqla həyata keçirilir.

Bundan başqa, dövlət xidmətinin göstərilməsi ilə əlaqədar həmin xidmət üzrə xidmət təminatçısından əlavə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər tərəfindən əlavə xidmətlər göstərilirsə, həmin fiziki və hüquqi şəxslərin siyahısı xidmət təminatçısının və “ASAN Xidmət”in müəyyən etdiyi orqanın (qurumun) rəsmi internet informasiya ehtiyatında yerləşdirilir və aktuallığı təmin edilir.

 

Paraqraf.com 

Loading

Visited 2 times, 2 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Azərbaycanın sığorta bazarı 5 %-ə yaxın böyüyüb
Next: Azərbaycan qara metal ixracından gəlirini 20 %-ə yaxın artırıb

OXŞAR MÖVZULAR

f34967f1-f037-36d6-8fde-e8c8c084563c_1200

Naxçıvanda “Şərqin qapısı” Teatr Festivalı keçiriləcək

admin 28 Aprel 2026
IMG-20260428-WA0004

Mərkəzi qazanxanaya keçid: yeni qaydalar nəyi dəyişir?

admin 28 Aprel 2026
w7s2DdroxqA9u6mO9GWAUemLvEnuPT3ZmEUxFOYp_1200

Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş konfrans keçirilib

admin 28 Aprel 2026

XƏBƏR LENTİ

Naxçıvanda “Şərqin qapısı” Teatr Festivalı keçiriləcək f34967f1-f037-36d6-8fde-e8c8c084563c_1200

Naxçıvanda “Şərqin qapısı” Teatr Festivalı keçiriləcək

28 Aprel 2026
Gürcüstanın Azərbaycandakı keçmiş səfiri Acarıstan hökumətinin başçısı olub bFIDFGvU3Hd5oTw5zNLwlFu71aBqcsEJiaujKcq4_1200

Gürcüstanın Azərbaycandakı keçmiş səfiri Acarıstan hökumətinin başçısı olub

28 Aprel 2026
Mirzoyan Parisdə Azərbaycanla sülh prosesi və regional layihələr barədə danışıb 235ab110-8587-3f32-baef-38fa63ed8ac3_1200

Mirzoyan Parisdə Azərbaycanla sülh prosesi və regional layihələr barədə danışıb

28 Aprel 2026
Tramp: İran çöküş vəziyyətindədir 7XG5IZLS556XghjZMgenKo6m2xqrEDvZ3WJ5IYpv_1200

Tramp: İran çöküş vəziyyətindədir

28 Aprel 2026
Türkiyə və Ermənistan Qars-Gümrü dəmir yolu xəttinin işə salınması ilə bağlı iclas keçirib fuEQoDfUkcKKRo6xgGsQZic3lf0xcIPxPMl9VLvD_1200

Türkiyə və Ermənistan Qars-Gümrü dəmir yolu xəttinin işə salınması ilə bağlı iclas keçirib

28 Aprel 2026
Kallas Cənub-Şərqi Asiya ölkələrini Rusiyadan neft almamağa çağırıb VWKDU671ygd5tTdgI3rX2k3DBa8AX4T1v8aaheu9_1200

Kallas Cənub-Şərqi Asiya ölkələrini Rusiyadan neft almamağa çağırıb

28 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.