Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyətini qəbul edib
SİYASƏT

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyətini qəbul edib

28 Aprel 2026 2 Min Read
PAYLAŞIN:

Prezident İlham Əliyev aprelin 28-də Qəbələdə Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirliyinin Dövlət naziri Səid bin Mübarək Əl-Hacirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Paraqraf.com xəbər verir ki, Prezident İlham Əliyev strateji tərəfdaşlığa əsaslanan ikitərəfli əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyini deyərək, bu xüsusda Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə dostluq münasibətlərinə toxundu.

Dövlət başçısı özünün Birləşmiş Ərəb Əmirliklərinə, Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın isə Azərbaycana, o cümlədən Qarabağa səfərlərini, həmçinin bu səfərlər zamanı aparılmış müzakirələri məmnunluqla xatırladı, bütün bunların əlaqələrimizin genişləndirilməsində mühüm rol oynadığını vurğuladı.

Prezident İlham Əliyev Səid bin Mübarək Əl-Hacirinin Azərbaycana böyük nümayəndə heyəti ilə gəldiyini deyərək, bu səfərin münasibətlərimizin dərinləşdirilməsi baxımından roluna toxundu.

Qəbula görə minnətdarlığını bildirən Səid bin Mübarək Əl-Haciri Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın salamlarını dövlət başçısına çatdırdı.

Azərbaycan Prezidenti salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Şeyx Məhəmməd bin Zayed Al Nəhyana çatdırmağı xahiş etdi.

Qonaq Azərbaycan Prezidentinin liderliyi ilə Cənubi Qafqaz regionunda sülh gündəliyinin irəli aparılması prosesində əldə edilmiş uğurlar, həmçinin Azərbaycan ilə Ermənistan arasında sülhün əldə olunması və dialoqun təşviqi istiqamətində göstərdiyi səylərə görə Azərbaycan Prezidentinin “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülməsi münasibətilə təbriklərini çatdırdı.

Təbriklərə görə təşəkkür edən Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin qurucusu, sabiq Prezidenti Şeyx Zayed bin Sultan Al Nəhyanın humanitar irsini və dəyərlərini təşviq edən “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsini xatırladı və buna görə Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə bir daha minnətdarlığını çatdırmağı qonaqdan xahiş etdi.

Görüşdə iki ölkə arasında ikitərəfli gündəliyin zəngin olduğu vurğulandı, siyasi, iqtisadi, ticari, enerji, həmçinin bərpaolunan enerji, birgə investisiya fondunun fəaliyyəti, birgə hərbi təlimlər və digər istiqamətlərdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı.

Söhbət zamanı Yaxın Şərqdəki vəziyyətə toxunuldu, regiondakı bütün məsələlərin diplomatik yolla həll edilməsinin vacibliyi bildirildi.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

BƏƏ Prezidenti İlham Əliyevi “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülməsi münasibətilə təbrik edib

Next

Mərkəzi qazanxanaya keçid: yeni qaydalar nəyi dəyişir?

Copyright 2026— Praqraf.com. All rights reserved