Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Ukrayna ordusu Rusiyanın 150 milyon dollarlıq iki desant gəmisini vurub
DÜNYA

Ukrayna ordusu Rusiyanın 150 milyon dollarlıq iki desant gəmisini vurub

20 Aprel 2026 1 Min Read
PAYLAŞIN:

Ukrayna Silahlı Qüvvələri müvəqqəti işğal olunmuş Krımda Rusiya Hərbi-Dəniz Donanmasının ümumi dəyəri təxminən 150 milyon dollar olan iki desant gəmisini vurub.

Paraqraf.com Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumatında deyilir.

Qurumun məlumatına görə, aprelin 18-dən 19-na keçən gecə Baş Kəşfiyyat İdarəsinin xüsusi bölməsinin döyüşçüləri Rusiya Qara Dəniz Donanmasının Sevastopol buxtasında olan gəmilərinə zərbələr endiriblər.

Nəticədə hər iki gəmi sıradan çıxıb.

Ukrayna kəşfiyyatının məlumatına görə, “Yamal” desant gəmisi 1988-ci ildə inşa olunub, uzunluğu 112,5 metrdir. Zirehli texnika və desant da daxil olmaqla 500 tona qədər yük daşıma qabiliyyətinə malik olan bu gəminin təxmini dəyəri 80 milyon dolları ötür.

1975-ci ildə inşa olunmuş və 1000 tona qədər yükgötürmə qabiliyyətinə malik olan “Nikolay Filçenkov” gəmisinin dəyəri 70 milyon dollardan çoxdur.

Bundan başqa, müvəqqəti işğal olunmuş Sevastopolda təxmini dəyəri 5 milyon dollar olan “Podlyot-K1” radiolokasiya stansiyası da məhv edilib.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

ABŞ Karib dənizində narkotik ticarətçilərinin gəmisinə zərbə endirib, ölənlər var

Next

Rusiya Ukraynanın bir sıra regionlarına hücum edib: ölən və yaralananlar var

Copyright 2026— Praqraf.com. All rights reserved