19 Sen 2026, Şb

Qadın voleybolçuların Yüksək Liqasında mövsümün həlledici görüşləri baş tutacaq

PAYLAŞIN:

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında bu gün final və üçüncü yer uğrunda qarşılaşmalar keçiriləcək.

Paraqraf.com xəbər verir ki, günün ilk matçı bürünc medallar uğrunda baş tutacaq.

Saat 13:00-da “Milli Aviasiya Akademiyası” “Gəncə” kollektivini sınağa çəkəcək.

Mövsümün həlledici oyununda isə “Turan” “DH Volley” komandaları üz-üzə gələcəklər. Bu matç saat 16:00-da baş tutacaq.

Hər iki görüş Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunacaq.

 

Paraqraf.com 

Loading