Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Diplom hansı halda TANINMIR?
MANŞET

Diplom hansı halda TANINMIR?

19 Aprel 2026 1 Min Read
PAYLAŞIN:

Bu il 255 nəfərin diplomunun tanınmaması təhsil sahəsində diqqət çəkən məsələlərdən biri olub. Rəsmi məlumatlara görə, tanınmayan diplomlar əsasən xaricdə alınan ali təhsillə bağlıdır.

Bu vəziyyət həm əmək bazarına çıxış, həm də peşə fəaliyyətinə başlamaq istəyən şəxslər üçün müəyyən çətinliklər yaradır.

Paraqraf.com xəbər verir ki, məsələ ilə bağlı təhsil eksperti Demokrat.az-a bildirib ki, Azərbaycanda xaricdə alınmış diplomların tanınmaması, yəni nostrifikasiya olunmaması bir neçə əsas səbəbdən baş verir:

“Bu proses Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) dediyimiz qurum tərəfindən aparılır və hər il müəyyən sayda müraciət mənfi nəticələnir. Son mənfi nəticələnən müraciətlərin sayı 255 diplomdur.

Diplomu verən universitet öz ölkəsində rəsmi tanınmırsa və ya akkreditasiyadan keçməyibsə həmin diplom qəbul edilmir. Bəzi hallarda distant, hibrid, onlayn və ya qiyabi təhsil proqramları Azərbaycanın tələblərinə cavab vermir və bu səbəbdən tanınmır. Təhsil müddəti normadan azdırsa, bu şübhə yaradır və imtinaya səbəb olur.

Əgər tələbə faktiki olaraq təhsil aldığı ölkədə kifayət qədər müddət yaşamayıbsa yəni real davamiyyət olmayıbsa diplom tanınmaya bilər”.

Ekspert bildirib ki, sənədlərdə uyğunsuzluqda imtinaya səbəb olur

“Transkriptdə, qəbul sənədlərində və digər məlumatlar arasında ziddiyyət varsa və ya saxta sənəd şübhəsi varsa müraciət rədd edilir. Bəzi ixtisaslar və ya proqramlar Azərbaycanın təhsil standartlarına uyğun gəlməyə bilər.

Bəzi ölkələrdə fəaliyyət göstərən lakin keyfiyyət baxımından problemli hesab edilən ali məktəblərin diplomları daha ciddi yoxlanılır və çox vaxt tanınmır. Bu il də 255 nəfərin diplomunun tanınmaması əsasən bu kimi səbəblərlə bağlı olub”,- deyə o qeyd edib.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Avropa çempionatının son günündə Azərbaycanın daha 3 cüdoçusu mübarizəyə qoşulacaq

Next

Premyer Liqa: XXVIII turun son iki qarşılaşması bu gün keçiriləcək

Copyright 2026— Praqraf.com. All rights reserved