19 Sen 2026, Şb

Yaponiyada 4,9 maqnitudalı zəlzələ olub

PAYLAŞIN:

Yaponiyada 4,9 maqnitudalı zəlzələ baş verib.

Paraqraf.com xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzinin məlumatında deyilir.

Zəlzələnin episentri 10 km dərinlikdə yerləşib.

Təkanlar 360 mindən çox insanın yaşadığı Naqanodan 32 km şimal-qərbdə qeydə alınıb.

Hadisə nəticəsində zərərçəkənlər və dağıntılar, eləcə də sunami təhlükəsi barədə məlumat verilmir.

 

Paraqraf.com 

Loading