19 Sen 2026, Şb

Xırdalanda 37 yaşlı şəxs qətlə yetirilib, şübhəli saxlanılıb

PAYLAŞIN:

Abşeron rayonu, Xırdalan şəhərində qətl hadisəsi qeydə alınıb.

Paraqraf.com xəbər verir ki, hadisə “Kristal Abşeron 1” yaşayış kompleksində baş verib.

İlkin məlumata görə, binada yaşayan Ruhin Əliyev qətlə yetirilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Əraziyə baxış keçirilir, faktla bağlı araşdırmalara başlanılıb.

Qətlin hansı şəraitdə törədildiyi və hadisənin digər təfərrüatları araşdırma yekunlaşdıqdan sonra məlum olacaq.

 

Paraqraf.com 

Loading