19 Sen 2026, Şb

Neftçalada avtomobil 85 yaşlı piyadanı vuraraq öldürüb

PAYLAŞIN:

Neftçalada piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Paraqraf.com-un məlumatına görə, hadisə Salyan-Neftçala avtomobil yolunun rayonun Kürqarabucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 1988-ci il təvəllüdlü Teymur Nağıyev avtomobili ilə yolu keçən piyada 1941-ci il təvəllüdlü Həsənov Vahid Nüsrət oğlunu vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.

 

Paraqraf.com 

Loading