Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Təhsilin keyfiyyətinin artırılması və müəllimlərin peşəkar inkişafına həsr olunan maarifləndirici görüş – FOTOLAR
CƏMİYYƏT

Təhsilin keyfiyyətinin artırılması və müəllimlərin peşəkar inkişafına həsr olunan maarifləndirici görüş – FOTOLAR

16 Aprel 2026 2 Min Read
PAYLAŞIN:

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın təşəbbüsü və Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə təhsilverənlərlə maarifləndirici görüş keçirdik. Görüş çərçivəsində regionda təhsilin keyfiyyətinin artırılması, müasir tədris yanaşmalarının tətbiqi və müəllimlərin peşəkar inkişafı istiqamətində fikir mübadiləsi apardıq.

Təhsil sistemində həyata keçirilən yeniliklər, idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi və müəllimlərin bu prosesdə rolu xüsusi olaraq diqqət mərkəzində oldu. Çıxışımda müəllimin yalnız bilik ötürən deyil, eyni zamanda formalaşdıran, istiqamətləndirən və gələcək nəsli yetişdirən əsas şəxs olduğunu vurğuladım. Bildirdim ki, müasir dövrdə müəllimlərin üzərinə düşən məsuliyyət daha da artıb və bu, onların daim öz üzərində işləməsini, yeni metod və texnologiyalara açıq olmasını zəruri edir.

Eyni zamanda qeyd etdim ki, təhsildə keyfiyyətin yüksəldilməsi birbaşa müəllimin peşəkarlığından, yanaşmasından və motivasiyasından asılıdır. Müasir təhsil modeli çərçivəsində interaktiv metodların tətbiqi, şagirdlərlə düzgün ünsiyyət qurulması, onların fərdi xüsusiyyətlərinin nəzərə alınması və motivasiyanın artırılması əsas prioritetlərdəndir. Vurğuladım ki, milli-mənəvi dəyərlərin qorunması və gənc nəslə ötürülməsi prosesində müəllimlərin rolu əvəzsizdir. Məktəb yalnız bilik verilən məkan deyil, eyni zamanda vətənpərvərlik, məsuliyyət və düzgün həyat dəyərlərinin formalaşdığı mühitdir.

Bu baxımdan müəllimlərin fəaliyyəti cəmiyyətin gələcəyini birbaşa müəyyən edən əsas amillərdən biri hesab olunur. Düşünürəm ki, bu cür görüşlər müəllimlərlə birbaşa ünsiyyətin qurulması, onların qarşılaşdığı məsələlərin dinlənilməsi və təhsil sisteminin daha da təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Возможно, это изображение один или несколько человек

Возможно, это изображение текст

Возможно, это изображение помост и текстВозможно, это изображение толпа

Возможно, это изображение помост и текст

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

“Mən, Lalə, bir də Şerlok Holms” çoxseriyalı bədii televiziya filminin ikinci mövsümünün təqdimatı keçirilib

Next

Heydər Əliyev Mərkəzində “Akinak” tammetrajlı bədii filminin premyerası keçirilib! – FOTOLAR

Copyright 2026— Praqraf.com. All rights reserved