20 Okt 2026, Ça

Sabirabadda avtomobil piyadanı vuraraq öldürüb

PAYLAŞIN:

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Paraqraf.com-un məlumatına görə, hadisə rayonun Yuxarı Dəllək kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd sakini, 1983-cü il təvəllüdlü Əsədov Şamo Eyyub oğlunu yolu keçən zaman avtomobil vurub. Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

 

Paraqraf.com 

Loading