19 Sen 2026, Şb

Odessaya endirilən zərbə nəticəsində ölənlərin sayı doqquza çatıb

PAYLAŞIN:

Rusiya qoşunları Ukraynanın Kiyev, Odessa və Dnepropetrovsk vilayətlərinə hücum edib, nəticədə 16  nəfər həlak olub, 100 nəfər yaralanıb.

Paraqraf.com Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyalarının rəhbərləri məlumat verib.

Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətindən bildirilib ki, gecə saatlarında Kiyevə raket zərbəsi nəticəsində 4 nəfər həlak olub, 54 nəfər yaralanıb.

Odessa Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Kiperin sözlərinə görə, Rusiyanın zərbələri nəticəsində 9 nəfər həlak olub, ən azı 12 nəfər yaralanıb.

Dnepropetrovsk vilayətində isə 3 nəfər ölüb, 34 nəfər yaralanıb.

 

Paraqraf.com 

Loading