20 Okt 2026, Ça

Nəriman Axundzadə “Kolambus Kryu”nun qələbəsində pay sahibi olub

PAYLAŞIN:

Azərbaycan millisinin üzvü Nəriman Axundzadə ABŞ-nin “Kolambus Kryu” komandasının heyətində ilk dəfə start heyətində meydana çıxıb.

Paraqraf.com xəbər verir ki, o, ABŞ Açıq Kubokunun 1/32 finalında “Riçmond Kikers” klubuna qarşı matçda əvəzlənmədən meydanda olub.

21 yaşlı hücumçunun komandası 3:0 hesablı qələbə qazanıb. Nəriman Axundzadə ilk qolun vurulmasında önəmli rol oynayıb.

Belə ki, Axundzadə – Marselo Errera ikilisinin qurduğu hücumu Qyuqu Pikar qolla tamamlayıb.

Qeyd edə ki, ABŞ Açıq Kubokunda mərhələlər bir oyundan ibarət olur.

 

Paraqraf.com 

Loading