19 Sen 2026, Şb

Gədəbəydə körpə qızdırmadan ölüb

PAYLAŞIN:

Gədəbəydə ötən gün 2025-ci il təvəllüdlü körpə hərarət, təngənəfəslik və digər şikayətlərlə ağır vəziyyətdə Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədə Paraqraf.com-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, ona bronxlarda yaranan irinli ifrazat, qıcolma və asfiksiya diaqnozu təyin edilib.

Aparılan reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, saat 03:30 radələrində azyaşlının bioloji ölüm faktı qeydə alınıb.

 

Paraqraf.com 

Loading