Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/HADİSƏ/Ağır cinayətlərdə ittiham olunan daha bir azərbaycanlı Türkiyədən ekstradisiya ediləcək
HADİSƏ

Ağır cinayətlərdə ittiham olunan daha bir azərbaycanlı Türkiyədən ekstradisiya ediləcək

16 Aprel 2026 1 Min Read
PAYLAŞIN:

Ağır cinayətlərdə ittiham olunan daha bir şəxs Azərbaycana ekstradisiya ediləcək.

Bu barədə Paraqraf.com-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, “Ekstradisiya haqqında Avropa Konvensiyası”nın tələblərinə uyğun olaraq, Azərbaycan vətəndaşı Babayev Səbutər Adil oğlunun ekstradisiyası ilə bağlı Baş Prokurorluq tərəfindən verilmiş vəsatət Türkiyənin səlahiyyətli orqanları tərəfindən təmin edilib.

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində aparılan ibtidai istintaq zamanı Səbutər Babayevin mütəşəkkil dəstə tərkibində külli miqdarda narkotik vasitələrin, psixotrop maddələrin, habelə güclü təsir edən maddələrin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının gömrük sərhədindən gizli keçirilməsində iştirak etməsi, bundan başqa, onun həmin maddələri satış məqsədilə qanunsuz olaraq əldə etməsi, saxlaması, daşıması və satmasına əsaslı şübhələr müəyyən olunub.

Bu səbəbdən barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib, lakin istintaqdan yayınaraq gizləndiyinə görə o, beynəlxalq axtarışa verilib. Keçirilmiş tədbirlər nəticəsində Səbutər Babayev Türkiyə ərazisində saxlanılıb.

Hazırda təqsirləndirilən şəxsin Azərbaycana gətirilməsi istiqamətində Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən zəruri tədbirlər görülür.

Eyni zamanda, Baş Prokurorluq axtarışda olan şəxslərin xarici ölkələrdə müəyyən edilməsi və onların Azərbaycana gətirilməsi məqsədilə xarici tərəfdaş qurumlarla, o cümlədən Interpol ilə sıx əməkdaşlığı davam etdirir.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Binəqədidə saxlanılan şəxslərdən 54 kiloqram narkotik vasitə aşkarlanıb

Next

Ağdam şəhər sakinləri sosial müdafiə və mina təhlükəsi ilə bağlı maarifləndirilib

Copyright 2026— Praqraf.com. All rights reserved