Skip to content
23 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Aprel
  • 15
  • Milli Xalça Muzeyində “Yaddaşa həkk olunan təsvir” adlı fərdi sərgi açılıb

Milli Xalça Muzeyində “Yaddaşa həkk olunan təsvir” adlı fərdi sərgi açılıb

admin 15 Aprel 2026 3 minutes read
3BgZITwnJ4q4H4m6EOxD5OKcnwqfhbJWWMKIcs8J_1200
PAYLAŞIN:

Azərbaycan Milli Xalça Muzeyində ART qlobal domeninin dəstəyi ilə multidissiplinar rəssam Mədinə Qasımovanın “Yaddaşa həkk olunan təsvir” adlı fərdi sərgisi açılıb.

Paraqraf.com xəbər verir ki, tədbirdə Leyla Əliyeva və Alena Əliyeva iştirak ediblər.

Sərginin açılış mərasimində çıxış edən Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova qeyd edib ki, sərgidə rəssamın son beş ildə yaratdığı 28 əsər nümayiş olunur. “Muzeyin ənənəvi texnologiya şöbəsində rəssamın eskizləri əsasında toxunan beş yeni xalça ekspozisiyanın mühüm hissəsini təşkil edir. Bu əsərlər müasir obrazın tekstildə ifadə imkanlarını nümayiş etdirərək ənənəvi sənət ilə çağdaş incəsənət arasında məzmunlu dialoq yaradır. Sərgi çərçivəsində “Analar üçün çiçəklər” əsərinin dörd təcəssümü – rəngkarlıq, xalça, vitraj və rəqəmsal interpretasiya muzeyin daimi kolleksiyasına daxil ediləcək”,- deyə Ə.Məlikova əlavə edib.

Layihə çərçivəsində eyni obrazın müxtəlif formalarda təcəssüm etdiyini vurğulayan direktor deyib: “Obraz rəngkarlıqdan rəqəmsal müstəviyə keçir, daha sonra vitraj, mozaika və ya xalça kimi maddi daşıyıcılarda yeni məna qazanır. Beləliklə, obraz sabit çərçivədə qalmır, transformasiya olunaraq fərqli materiallarda həyatını davam etdirir. Ekspozisiyanın daxili ritmini formalaşdıran təkrarlanan motivlər fəsillərin dəyişməsi, gül kompozisiyaları, qadın və kişi portretləri, Bakının şəhər mənzərələri və abstrakt formalar müxtəlif material və texnikalarda təqdim olunaraq vizual, emosional, immersiv mühit yaradır. Burada xalçatoxuma prosesinin səsyazması əsasında sərgi üçün xüsusi hazırlanmış səs instalyasiyası təqdim olunur”.

Mədəniyyət nazirinin müavini Səadət Yusifova bildirib ki, bu sərgi müəllifin zəngin və güclü yaradıcı enerjisindən xəbər verir. “Mədəniyyət Nazirliyi yaradıcı insanlara xüsusi diqqət göstərir, istedadlı gənclərin yaradıcılığının dəstəklənməsi üçün geniş imkanlar yaradır. Gənc rəssamların beynəlxalq səviyyədə tanınmasına şərait yaradılması prioritet məsələdir. Müəllifin fərqli vizual dili, sənətə cəsarətli yanaşması onu yaradıcılıq baxımından seçilən və yenilikçi edir. Əminik ki, sərgi həm yerli, həm də xarici ziyarətçilər üçün yaddaqalan olacaq və müasir incəsənətin inkişafına öz töhfəsini verəcək”,- deyə S.Yusifova əlavə edib.

Sərginin kuratoru, Almatı İncəsənət Muzeyinin inkişafı üzrə direktoru, muzeylərdə innovasiya sahəsində ekspert Vladimir Opredelenov söyləyib ki, rəssamın yaradıcılığı ənənələrə söykənərək tarixdən süzülüb gəlir və eyni zamanda müasir texnologiyalarla vəhdət təşkil edir.

Sərgi mayın 15-dək davam edəcək.

 

Paraqraf.com 

Loading

Visited 7 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: “Araz Saatlı”nın rəsmisi futbolçuları və hakimləri təhdid etdiyinə görə 5 oyunluq cəzalandırılıb
Next: 4 000-ə qədər abidə və yeni aşkarlanmış nümunə barədə Ekspertiza aktı hazırlanıb

OXŞAR MÖVZULAR

df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

admin 23 Aprel 2026
02de5cd8-6ed8-4cec-b8b4-39fc322a71df

Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb

admin 23 Aprel 2026
bleZJUTrdVDCIT1832V88VVMBDJFdKomzDnJJw46_1200

TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər

admin 23 Aprel 2026

XƏBƏR LENTİ

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir” df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

23 Aprel 2026
Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb 02de5cd8-6ed8-4cec-b8b4-39fc322a71df

Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb

23 Aprel 2026
TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər bleZJUTrdVDCIT1832V88VVMBDJFdKomzDnJJw46_1200

TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər

23 Aprel 2026
Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub kxucwe2HQecOL5lfcWkwaamBq9fQWFtI4lP0VCZA_1200

Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub

23 Aprel 2026
Azərbaycan voleybol yığmalarının Avropa Liqasında oyun cədvəli müəyyənləşib 9e52d3c2-7ca0-403f-8f65-08873844dcea_1200

Azərbaycan voleybol yığmalarının Avropa Liqasında oyun cədvəli müəyyənləşib

23 Aprel 2026
Azərbaycanı Almaniyada keçiriləcək Avropa Kubokunda 39 cüdoçu təmsil edəcək 7GDdBFyrGfD3fhRxh06T759sqnhqpvMyilA8WFjO_1200

Azərbaycanı Almaniyada keçiriləcək Avropa Kubokunda 39 cüdoçu təmsil edəcək

23 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.