Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/Azərbaycan Asiya İnkişaf Bankı ilə aviasiya layihələrini müzakirə edib
SİYASƏT

Azərbaycan Asiya İnkişaf Bankı ilə aviasiya layihələrini müzakirə edib

15 Aprel 2026 1 Min Read
PAYLAŞIN:

Azərbaycan və Asiya İnkişaf Bankı (ADB) arasında dəmir yolu, metro və aviasiya sahələrində icra olunan layihələr müzakirə edilib.

Paraqraf.com xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “X” sosial şəbəkəsində hesabında bildirib.

Müzakirələr nazirin ADB-nin Mərkəzi və Qərbi Asiya Departamentinin Baş direktoru Leah Gutierrezin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə baş tutub.

“Görüşdə ADB və Azərbaycan arasında uzunmüddətli və strateji əməkdaşlığın inkişafı, eləcə də nəqliyyat sektorunda həyata keçirilən iri layihələr ətrafında fikir mübadiləsi apardıq. Həmçinin dəmir yolu, metro və aviasiya sahələrində icra olunan və planlaşdırılan layihələr, əlavə maliyyələşdirmə imkanları, qərarların sürətləndirilməsi mexanizmləri, eləcə də rəqəmsallaşma və dayanıqlı inkişaf istiqamətlərində əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə etdik”-deyə nazir qeyd edib.

Xatırladaq ki, İndiyə qədər ADB Azərbaycanda 145 layihə üzrə təxminən 5,5 milyard ABŞ dolları məbləğində maliyyələşmə həyata keçirib. Ən böyük maliyyələşdirmə istiqamətləri nəqliyyat (1,5 milyard ABŞ dolları) və energetikadır (1,7 milyard ABŞ dolları).

Yeni tərəfdaşlıq strategiyası çərçivəsində ADB Azərbaycana 2,5 milyard ABŞ dollarına qədər investisiya yatırmağa hazırdır.

ADB 1966-cı ildə yaradılıb, Baş qərargahı Manilada yerləşir. Bank 69 səhmdar ölkəni birləşdirir, onlardan 50-si Asiya-Sakit okean regionu dövlətləridir. Azərbaycan 1999-cu ildən ADB-nin üzvüdür.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycana Türkiyədən qanunsuz zərgərlik məmulatı gətirilməsinin qarşısı alınıb

Next

“ASAN xidmət” BMT-nin Ekspertlər Komitəsinin sessiyasında müzakirəyə çıxarılıb

Copyright 2026— Praqraf.com. All rights reserved