Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Savaşdan bazara: neft qiymətlərini nə gözləyir? – ŞƏRH
MANŞETÖZƏL

Savaşdan bazara: neft qiymətlərini nə gözləyir? – ŞƏRH

11 Aprel 2026 1 Min Read
PAYLAŞIN:

“Fars körfəzi neft istehsalçılarının hasilatı müharibədən əvvəlki səviyyəyə tam qaytarması üçün dörd aya qədər vaxt tələb oluna bilər”.

Bu fikri Küveyt Neft Korporasiyasının baş direktoru Şeyx Nəvaf əs-Sabah səsləndirib. O bildirib ki, müharibədən əvvəl Küveyt gündə təxminən 2,6 milyon barel neft hasil edirdi və “OPEC” çərçivəsində ən böyük istehsalçılar arasında beşinci yeri tuturdu.

“İstehsalın əsas hissəsi bir neçə həftə ərzində bərpa olunacaq, tam gücə çatması isə üç-dörd ay çəkəcək”, – deyə o qeyd edib.

Maraqlıdır, Fars körfəzi ölkələrində neft hasilatının tam bərpası üçün 3–4 ay vaxt tələb olunması qlobal enerji bazarına və neft qiymətlərinə qısa və orta müddətdə necə təsir göstərə bilər?

Mövzu ilə bağlı politoloq Oqtay Qasımov “Paraqraf.com”a açıqlamasında bildirib ki, dünya enerji bazarı yalnız iqtisadi deyil, həm də ciddi siyasi amillərdən asılıdır:

“Bu, Körfəz ölkələrində baş verən müharibə fonunda da açıq şəkildə müşahidə olunur. Münaqişə başlayandan sonra neft və digər enerji daşıyıcılarının qiymətləri kəskin artdı. Atəşkəslə bağlı xəbərlər yayıldıqdan sonra isə qiymətlərdə müəyyən eniş baş verdi. Əgər atəşkəs davamlı olarsa və ABŞ–İran danışıqları müsbət nəticələnərsə, Körfəz ölkələri bir neçə ay ərzində öz neft resurslarını və istehsalını bərpa edə biləcək. Bu isə dünya bazarına tələb olunan həcmdə enerji resurslarının daxil olması ilə nəticələnəcək. Nəticə etibarilə, qlobal enerji bazarında qiymətlərin aşağı düşməsi gözlənilir”.

 

Kəmalə Vəliyeva
Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycandan Ermənistana 900 tona yaxın dizel göndərilir

Next

Ukrayna Rusiyadakı neft obyektlərinə hücum edib

Copyright 2026— Praqraf.com. All rights reserved