PAYLAŞIN:

Hazırda Azərbaycanda 106 830 uşaq dövlət məktəbəqədər təhsil müəssisələrində (bağça) təlim-tədris prosesinə cəlb edilib.

Bu barədə Paraqraf.com-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.

Bildirilib ki, dövlət bağçalarının tutumu 119 277 nəfərlikdir. Hazırda həmin müəssisələrdə 106 830 uşaq təlim-tədris prosesinə cəlb edilib.

Qeyd edilib ki, məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesi ilboyu davam edir.

 

Paraqraf.com 

Loading