Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/Anar Kərimov: ICESCO Bakıdakı ofisi vasitəsilə Mərkəzi Asiya ilə regional əməkdaşlığı inkişaf etdirir
SİYASƏT

Anar Kərimov: ICESCO Bakıdakı ofisi vasitəsilə Mərkəzi Asiya ilə regional əməkdaşlığı inkişaf etdirir

09 Aprel 2026 1 Min Read
PAYLAŞIN:

İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) Bakıdakı nümayəndəliyi vasitəsilə regionun ölkələri ilə əməkdaşlığı gücləndirir.

Paraqraf.com xəbər verir ki, bunu ICESCO-nun tərəfdaşlıq və beynəlxalq əməkdaşlıq sektorunun rəhbəri Anar Kərimov Əmir Teymurun anadan olmasının 690 illiyinə həsr olunmuş beynəlxalq elmi konfransda bildirib.

“Bakıdakı regional ofisimiz 2025-ci ilin aprelində açılıb və hazırda tam şəkildə fəaliyyət göstərir. O, Özbəkistan da daxil olmaqla Mərkəzi Asiyanı əhatə edir və təhsil, elm, mədəniyyət və irs sahələrində milli tərəfdaşlarla sıx əməkdaşlıq edərək, İslam dünyasının bu regionunun layiq olduğu davamlı regional əməkdaşlıq üçün əlaqələndirmə mərkəzi rolunu oynayır”, – o deyib.

A.Kərimovun sözlərinə görə, bütün bunlar aydın strateji kursun nəticəsidir: “Mərkəzi Asiya və Qafqaz İslam sivilizasiyasının tarixi keçmişini məhz bu regionda formalaşan gələcəyi ilə birləşdirir”.

ICESCO-nun nümayəndəsi diqqəti ona çəkib ki, təşkilatın Özbəkistanla əməkdaşlığı son illərdə konkret praktik məzmun kəsb edib. Xüsusilə, mədəni irs və elm sahəsində birgə təşəbbüslər həyata keçirilir.

O, İslam Sivilizasiyası Mərkəzinin açılışını xüsusilə vurğulayaraq, bunu təkcə Özbəkistan üçün deyil, bütövlükdə bütün İslam dünyası üçün əhəmiyyətli mərhələ kimi xarakterizə edib: “Bu, İslam sivilizasiyasını bütün müxtəlifliyi ilə öyrənmək, qorumaq və təbliğ etmək missiyası daşıyan bir qurumdur”.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

İlham Əliyev Türkiyənin daxili işlər nazirini qəbul edib

Next

Əli Əsədov litvalı həmkarı ilə Orta Dəhliz üzrə əməkdaşlığı müzakirə edib

Copyright 2026— Praqraf.com. All rights reserved