20 Okt 2026, Ça

Qobustanda 9 yaşlı uşaq gölməçəyə düşərək ölüb

PAYLAŞIN:

Qobustanda 9 yaşlı uşaq gölməçəyə düşərək ölüb.

Paraqraf.com xəbər verir ki, Qobustan rayonu ərazisində yerləşən qış otlaq sahəsində yaşayan, 2017-ci il təvəllüdlü Heybət Heybətli həmin qış otlaq sahəsinin yaxınlığında təbii şəkildə yaranmış gölməçəyə öz ehtiyatsızlığından yıxılması nəticəsində orada boğularaq ölüb.

Hazırda faktla bağlı Qobustan rayon prokurorluğunda araşdırma aparılır.

 

Paraqraf.com 

Loading