Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/İlham Əliyev Qazaxıstanın xarici işlər və nəqliyyat nazirlərini qəbul edib
SİYASƏT

İlham Əliyev Qazaxıstanın xarici işlər və nəqliyyat nazirlərini qəbul edib

08 Aprel 2026 2 Min Read
PAYLAŞIN:

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 8-də Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayevi və nəqliyyat naziri Nurlan Sauranbayevi qəbul edib.

Paraqraf.com xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan-Qazaxıstan ikitərəfli əlaqələrinin əməkdaşlıq və qardaşlıq ruhunda inkişaf etdiyini məmnunluqla vurğulayaraq, dövlət başçılarının qarşılıqlı səfərlərinin, bu səfərlər zamanı aparılmış müzakirələrin, qəbul olunmuş qərarların, həmçinin Azərbaycandan Qazaxıstana, Qazaxıstandan isə ölkəmizə müxtəlif səviyyələrdə nümayəndə heyətlərinin səfərlərinin xalqları və ölkələri daha da yaxınlaşdırdığını, qarşılıqlı fəaliyyətin potensialını möhkəmləndirdiyini deyib.

Dövlət başçısı birgə investisiya fondunun imkanlarından tam istifadə ediləcəyinə ümidvarlığını bildirib, bir neçə layihənin artıq işlənmə mərhələsində olduğunu vurğulayıb və Azərbaycanla Qazaxıstanın üçüncü ölkələrə birgə investisiya yatırmaq potensialına toxunub.

Prezident İlham Əliyev Qazaxıstanın xarici işlər və nəqliyyat nazirlərinin Azərbaycana səfərinin uğurlu olacağına ümidvarlığını ifadə edib.

Qəbula görə minnətdarlığını bildirən Qazaxıstanın xarici işlər naziri dövlət başçısı ilə görüşdən şərəf hissi duyduqlarını deyib.

Yermek Koşerbayev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin salamlarını dövlət başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Kasım-Jomart Tokayevə çatdırmağı xahiş edib.

Qonaq Qazaxıstanda Azərbaycan Prezidentinə çox böyük hörmətlə yanaşıldığını vurğulayıb.

Görüşdə Azərbaycanla Qazaxıstan arasında münasibətlərin bir çox sahədə, o cümlədən siyasi, iqtisadi, nəqliyyat, logistika, investisiyalar, enerji, həmçinin yaşıl enerji və digər istiqamətlər üzrə uğurla inkişaf etdiyi məmnunluqla qeyd edilərək, əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirilib.

Söhbət zamanı Orta Dəhliz, Trans-Xəzər Yaşıl Enerji Dəhlizi və fiber-optik xətti layihələrinə toxunulub, bu çərçivədə Azərbaycanla Qazaxıstanın uğurlu əməkdaşlıq həyata keçirdikləri vurğulanıb.

Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşma prosesinin və Ermənistan ərazisindən keçəcək TRIPP layihəsinin regional əməkdaşlıq və nəqliyyat bağlantıları baxımından rolu qeyd edilib.

Görüşdə hər iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində uğurlu tərəfdaşlığı vurğulanıb və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycan XİN ABŞ ilə İran arasında elan olunmuş atəşkəsi alqışlayır

Next

Yalçın Rəfiyev Qambiya rəsmiləri ilə WUF13-ü müzakirə edib

Copyright 2026— Praqraf.com. All rights reserved