Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daha bir vəzifə verilib
MANŞET

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daha bir vəzifə verilib

08 Aprel 2026 1 Min Read
PAYLAŞIN:

Prezident İlham Əliyev “Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edib.

Paraqraf.com xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.

Fərmana əsasən, Nazirlik onun strukturuna daxil olan və strukturuna daxil olmayan tabeliyindəki qurumlar vasitəsilə, Torpaq Məcəlləsinin 57-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulan hallarda, habelə meşə fondu torpaqlarında müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikintisi, ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə əkin dövriyyəsinə əlavə torpaq sahələrinin cəlb edilməsi zərurəti yarandıqda, həmin torpaqların kənd təsərrüfatına az yararlı və ya yararsız torpaq sahələri ilə əvəzləşdirilməsinin məqsədəuyğunluğuna, faydalı qazıntıların çıxarılması üçün torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi tələb olunduqda, faydalı qazıntıların təsdiq edilmiş ehtiyatları və onların işlənilməsinin yerin təki haqqında qanunvericiliyə uyğunluğuna, həmçinin torpaqların kateqoriyasının dəyişdirilməsinin ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyə uyğunluğuna dair rəy verə biləcək.

Bundan başqa, İlham Əliyev “Dövlət Ekoloji Ekspertiza Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edib. Dəyişikliyə əsasən Agentlik faydalı qazıntıların çıxarılması üçün torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi tələb olunduqda, faydalı qazıntıların təsdiq edilmiş ehtiyatları və onların işlənilməsinin yerin təki haqqında qanunvericiliyə, həmçinin torpaqların kateqoriyasının dəyişdirilməsinin ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyə uyğunluğuna dair rəy verə biləcək.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycan və Qazaxıstan media sahəsində tərəfdaşlığın genişləndirilməsini müzakirə edib

Next

Həftəsonu 52 mindən çox şagird buraxılış imtahanı verəcək

Copyright 2026— Praqraf.com. All rights reserved