20 Okt 2026, Ça

Oğuzda avtomobil aşıb, ata, qızı və daha bir nəfər xəsarət alıb

PAYLAŞIN:

Oğuzda avtomobil aşıb, ata, qızı və daha bir nəfər xəsarət alıb.

Paraqraf.com-un məlumatına görə, hadisə gecə saatlarında Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Sincan kəndindən keçən hissəsində baş verib.

Rayonun Böyük Söyüdlü kənd sakini, 1965-ci il təvəllüdlü Sirapil Yunisovun idarə etdiyi “Mitsubishi” markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə sürücü və sərnişinlər; 1976-cı il təvəllüdlü Yunisov Atabek Mirzoyeviç və qızı, 2007-ci il təvəllüdlü Yunisova Asmin Atabek qızı xəsarət alıblar.

Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Məlumata görə, qəzaya düşən şəxslər Bakı şəhərindən toy mərasimindən qayıdırlarmış.

Faktla bağlı araşdırma aparılır.

 

Paraqraf.com 

Loading