Skip to content
23 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Aprel
  • 7
  • AZAL 34 yaşını qeyd edir

AZAL 34 yaşını qeyd edir

admin 07 Aprel 2026 6 minutes read
YVI3L21JtrBPyTSfE5ngnEJx0aWQpy8zyCDX3Om9_1200
PAYLAŞIN:

“Azərbaycan Hava Yolları”nın (AZAL) yaranmasının 34-cü ildönümüdür.

Bu barədə Paraqraf.com-a səhmdar cəmiyyətindən bildirilib.

Məlumata əsasən, 1992-ci il aprelin 7-də təsis edilmiş AZAL sərnişinlərinə təhlükəsiz və fasiləsiz uçuşlar təqdim etməyi əsas prioritet kimi müəyyən edib. Bu əlamətdar tarix Azərbaycanın dünyanın müxtəlif ölkələri ilə hava əlaqələrinin genişləndirilməsi istiqamətində atılmış ən mühüm addımlardan birini təmsil edir.

“Yerli uçuşlar həyata keçirən milli aviadaşıyıcı kimi fəaliyyətinə başlayan AZAL 34 il ərzində Azərbaycanda mülki aviasiyanın inkişafında əvəzolunmaz bir rol oynamış və regionun aparıcı aviaşirkətlərindən birinə çevrilmişdir. Donanmanın və marşrut şəbəkəsinin genişləndirilməsi, beynəlxalq təhlükəsizlik və xidmət standartlarının tətbiqi, həmçinin ixtisaslı aviasiya kadrlarının hazırlanması AZAL-ın fəaliyyəti müddətində əsas strateji prioritet olaraq qalır”, – AZAL-dan bildirilib.

Qeyd edilib ki, hazırda AZAL-ın donanmasında “Boeing”, “Airbus” və “Embraer” tipli 30-a yaxın müasir və yüksək komfortlu hava gəmisi mövcuddur. 2032-ci ilədək donanmanın 50-dən çox təyyarə ilə genişləndirilməsi planlaşdırılır. Bundan əlavə, AZAL yerli aviasiya kadrlarının peşəkar pilot kimi yetişdirilməsinə investisiya edərək insan kapitalının inkişafına əhəmiyyətli töhfə verir. Bu hədəflərin hər biri AZAL sərnişinlərini rahat səyahət imkanları ilə təmin etmək missiyasına xidmət edir.

AZAL-ın daim genişlənən marşrut şəbəkəsi Azərbaycanın qlobal miqyasda hava əlaqələrini gücləndirərək ölkədə nəqliyyat və turizm imkanlarının inkişafında əhəmiyyətli rol oynayır:

“Belə ki, 2022-ci ildən bu günə kimi sərnişinlərin yeni mədəniyyətləri kəşf edə biləcəyi istiqamətlərin sayı təxminən iki dəfə artıb. Hazırda AZAL sərnişinlərinə dünyanın müxtəlif regionlarında yerləşən çoxsaylı şəhərlərə birbaşa uçuşlar təklif edir. Marşrut şəbəkəsinin ardıcıl şəkildə genişləndirilməsi həm işgüzar səfərlər, həm də turistik səyahətlər üçün daha geniş seçim imkanı yaradır, həmçinin Azərbaycanın əsas tranzit mərkəzi kimi mövqeyini daha da möhkəmləndirir”.

Məlumatda vurğulanıb ki, fəaliyyət göstərdiyi bütün dövrlər ərzində AZAL uçuş təhlükəsizliyini əsas prioritet kimi qoruyaraq əməliyyat proseslərini beynəlxalq aviasiya standartlarına uyğun şəkildə inkişaf etdirib. Pilotların hazırlanması ilə yanaşı texniki heyət və kabin əməkdaşlarının bilik və bacarıqlarının inkişaf etdirilməsi üçün təlim proqramları həyata keçirilir. Yerli mütəxəssislərin həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə praktiki təlimlərə cəlb olunması Azərbaycanda peşəkar aviasiya mühitinin formalaşmasına mühüm töhfə verir.

Eyni zamanda, beynəlxalq aviasiya qurumları ilə əməkdaşlıq çərçivəsində təhlükəsizlik, texniki xidmət və əməliyyatların idarə olunması sahələrində qabaqcıl təcrübələr tətbiq edilir. Bu yanaşma ölkənin milli aviadaşıyıcısına sərnişinlərə etibarlı, təhlükəsiz və yüksək keyfiyyətli xidmət təqdim etməyə imkan yaradır.

Təsadüfi deyil ki, 34 illik fəaliyyəti ərzində AZAL xidmət keyfiyyəti, təhlükəsizlik standartları və sərnişin məmnuniyyəti sahəsində əldə etdiyi nəticələrlə müxtəlif nüfuzlu mükafatlara layiq görülüb. 2015-ci ildə Böyük Britaniyanın dünyaca məşhur və aviaşirkətlərin xidmət keyfiyyətinin qiymətləndirilməsi sahəsində ən mötəbər konsaltinq şirkəti “Skytrax” Azərbaycan Hava Yollarına nüfuzlu “4 ulduz” reytinqi verib. 2025-ci ildə isə AZAL artıq 5-ci dəfə sözügedən mükafatla təltif olunub.

Bununla yanaşı, “SkyTrax” şirkəti 2018-ci ildə AZAL-ı “Mərkəzi Asiya və Hindistanda ən yaxşı regional aviaşirkət” kimi tanıyıb. Bu nailiyyətin üzərindən çox keçmədən, 2020-ci ildə aviasiya analitik-sorğu nəşri olan “Official Airline Guide” (“OAG”) Azərbaycan Hava Yollarını Avropanın 2019-cu ilin ən punktual aviaşirkəti kimi tanıyıb. Ötən il isə AZAL “Skytrax” təşkilatının keçirdiyi “World Airline Awards 2025” mükafatı çərçivəsində “Mərkəzi Asiya və MDB üzrə ən yaxşı regional aviaşirkət” nominasiyasının qalibi elan olunub.

Azərbaycanın milli aviadaşıyıcısı üçün xüsusi əhəmiyyət daşıyan hadisələrdən biri 2021-ci ildə uzun fasilədən sonra Qarabağ səmasında milli naviqasiya sistemlərinin radioçağırış siqnallarının yenidən ötürülməsi olub. Bu siqnalları ilk qəbul edən məhz AZAL təyyarələri olub.

“34 illik bu inkişaf yolu ərzində əldə olunan uğurlar AZAL-ın regionda rəqabətqabiliyyətli mövqeyini və beynəlxalq aviasiya məkanında etibarlı daşıyıcı kimi nüfuzunu bir daha təsdiqləyir.

AZAL-ın gələcəyə yönəlmiş inkişaf strategiyası yalnız sərnişinlərə təhlükəsiz və rahat uçuş təcrübəsi təqdim etməyi deyil, eyni zamanda ölkəmizi qlobal hava məkanlarında etibarlı şəkildə birləşdirən mühüm nəqliyyat qovşağı kimi möhkəmləndirməyi hədəfləyir”, – məlumatda qeyd edilib.

 

Paraqraf.com 

Loading

Visited 8 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Azərbaycanda dövlət qurumlarını hədəf alan bloklanmış saxta domen sayı 20 % artıb
Next: Azərbaycanın dövlət qurumlarına kiberhücumlar 6 % azalıb

OXŞAR MÖVZULAR

eb559d92-784a-4a36-8c10-29f33f974a42

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib

admin 23 Aprel 2026
ffec7384-3a3e-439c-b271-c278aa270a3e

Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir”

admin 23 Aprel 2026
df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

admin 23 Aprel 2026

XƏBƏR LENTİ

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib eb559d92-784a-4a36-8c10-29f33f974a42

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib

23 Aprel 2026
Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir” ffec7384-3a3e-439c-b271-c278aa270a3e

Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir”

23 Aprel 2026
Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir” df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

23 Aprel 2026
Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb 02de5cd8-6ed8-4cec-b8b4-39fc322a71df

Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb

23 Aprel 2026
TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər bleZJUTrdVDCIT1832V88VVMBDJFdKomzDnJJw46_1200

TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər

23 Aprel 2026
Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub kxucwe2HQecOL5lfcWkwaamBq9fQWFtI4lP0VCZA_1200

Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub

23 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.