Skip to content
23 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Aprel
  • 7
  • Azərbaycan Ruanda ilə iqtisadi potensialın Afrika və Avropada tanıdılmasını müzakirə edib

Azərbaycan Ruanda ilə iqtisadi potensialın Afrika və Avropada tanıdılmasını müzakirə edib

admin 07 Aprel 2026 3 minutes read
KhZCJpwcaxwwLoqPmXWrBoGtAjMZhySsfgQsWfh1_1200
PAYLAŞIN:

Azərbaycan və Ruanda arasında iqtisadi potensialın Afrika və Avropada daha geniş tanıdılması barədə müzakirələr aparılıb.

Paraqraf.com İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə (AZPROMO) istinadən xəbər verir ki, bu barədə müzakirələr Ruandaya işgüzar səfəri çərçivəsində AZPROMO-nun icraçı direktoru Yusif Abdullayevin bu ölkəninin bir sıra dövlət və özəl qurumlarında keçirdiyi görüşlərdə aparılıb. Görüşlərdə həmçinin Azərbaycanın Efiopiyadakı səfiri Ruslan Nəsibov iştirak edib.

Ruanda Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin daimi katibi Fidelis Mironko ilə keçirilən görüşdə əməkdaşlıq imkanları müzakirə olunub. Tərəflər Azərbaycanın və Ruandanın iqtisadi potensialının Afrika və Avropada daha geniş tanıdılması barədə müzakirələr aparıblar.

Ruandanın ticarət və sənaye naziri Prudens Sebahizi ilə görüşdə perspektivli tərəfdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi və qarşılıqlı maraq doğuran sahələrin araşdırılması məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Özəl Sektor Federasiyasının baş katibi Kallixte Kanamugire ilə görüşdə ölkələrimiz arasında işgüzar münasibətlərin gücləndirilməsi müzakirə olunub, həmçinin biznes dairələri arasında əlaqələndirmə işlərinin aparılmasına dair razılıq əldə edilib.

Ruandanın Milli Kənd Təsərrüfatı və İxrac Şurası ilə görüşdə qurumun fəaliyyəti, ixracyönümlü məhsullar və bu məhsulların keyfiyyətinə nəzarət üzrə fəaliyyət göstərən laboratoriya barədə məlumat təqdim edilib. AZPROMO nümayəndələri laboratoriya ilə tanış olublar.

Ruandanın aparıcı qəhvə istehsalçısı “Gorilla”s Coffee” şirkətinin nümayəndələri ilə görüşdə şirkətin ölkəmizdə fəaliyyətinin qurulması istiqamətində müzakirə aparılıb. Bundan başqa AZPROMO nümayəndələri şirkətin istehsal müəssisəsi ilə tanış olublar.

Ruanda İnkişaf Şurası ilə görüş zamanı potensial tərəfdaşlıq məsələləri nəzərdən keçirilib. Ruanda tərəfi “Interfood Azerbaijan” sərgisinə və bu il təşkil olunması planlaşdırılan 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumuna dəvət olunub.

Səfər çərçivəsində AZPROMO nümayəndələri Kiqali Xüsusi İqtisadi Zonasını ziyarət edib, buradakı müəssisələrin fəaliyyəti ilə tanış olublar.

 

Paraqraf.com 

Loading

Visited 8 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Türk dövlətləri arasında qarşılıqlı ticarətin illik dəyəri açıqlanıb
Next: Azərbaycanda dövlət qurumlarını hədəf alan bloklanmış saxta domen sayı 20 % artıb

OXŞAR MÖVZULAR

hXPKD2P9b7F5bZXh1l9BPL2U7gUnNQUaaVjt8ZIx_1200

Azərbayсan ət idxalına çəkdiyi xərci 15 %-dən çox artırıb

admin 23 Aprel 2026
Dovlət-Vergi-Xidməti

Dövlət Vergi Xidmətinə müraciətlərin sayı 14 %-ə yaxın azalıb

admin 23 Aprel 2026
hxw9id4tUS1R1gIuyIxtiLdSazVyxzRcSLefr2BT_1200

Azərbaycanın vergi orqanları I rübdə 89 cinayət işi açıb

admin 23 Aprel 2026

XƏBƏR LENTİ

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib eb559d92-784a-4a36-8c10-29f33f974a42

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib

23 Aprel 2026
Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir” ffec7384-3a3e-439c-b271-c278aa270a3e

Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir”

23 Aprel 2026
Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir” df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

23 Aprel 2026
Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb 02de5cd8-6ed8-4cec-b8b4-39fc322a71df

Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb

23 Aprel 2026
TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər bleZJUTrdVDCIT1832V88VVMBDJFdKomzDnJJw46_1200

TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər

23 Aprel 2026
Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub kxucwe2HQecOL5lfcWkwaamBq9fQWFtI4lP0VCZA_1200

Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub

23 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.