PAYLAŞIN:

Azərbaycan Basketbol Liqasının pley-in mərhələsinin ikinci oyunları çərçivəsində bu gün daha iki qarşılaşma baş tutacaq.

Paraqraf.com-un məlumatına görə, əvvəlcə “Lənkəran” evdə “Gəncə”ni qəbul edəcək.

Görüş Lənkəran Olimpiya İdman Kompleksində, saat 15:00-da başlayacaq. Komandalar arasında ilk görüşdə “Gəncə” rəqibini üstələyib – 91:55.

Günün son matçında “Sumqayıt” NTD ilə müansibətlərə aydınlıq gətirəcək. Qarşılaşma Sumqayıt Olimpiya İdman Kompleksində, saat 19:00-da başlayacaq. İlk görüşdə paytaxt təmsilçisi 121:107 hesablı qələbə qazanıb.

Qeyd edək ki, daha əvvəl “Naxçıvan”“Şəki” komandaları Azərbaycan Basketbol Liqasının pley-off mərhələsinə yüksəliblər.

 

Paraqraf.com 

Loading