Skip to content
23 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Aprel
  • 6
  • Türkiyənin Baş prokuroru “Azərbaycan Prokurorluğunun 100 illiyi” yubiley medalı ilə təltif olunub

Türkiyənin Baş prokuroru “Azərbaycan Prokurorluğunun 100 illiyi” yubiley medalı ilə təltif olunub

admin 06 Aprel 2026 4 minutes read
rmLx5CaXQjaQJOO3ibOF3tntVZEF5sRx2YeturpI_1200
PAYLAŞIN:

Baş prokuror Kamran Əliyevin dəvəti ilə Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Muhsin Şentürk “Azərbaycan Prokurorluğunun 100 illiyi” yubiley medalı ilə təltif olunub.

Bu barədə Paraqraf.com-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Baş prokuror Kamran Əliyevlə türkiyəli həmkarı arasında baş tutan görüş zamanı iki dövlət arasında qardaşlıq və əməkdaşlıq münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi, hüquq-mühafizə orqanları arasında əməkdaşlığın dinamik inkişaf etdiyi vurğulanıb.

Qeyd olunub ki, Azərbaycan ilə Türkiyə arasında münasibətlərin əsasında dayanan və Ümummilli Lider Heydər Əliyev tərəfindən irəli sürülmüş “bir millət, iki dövlət” konsepsiyası hazırda dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında mövcud olan sıx dostluq münasibətləri və siyasi iradə sayəsində daha da genişlənərək bütün sahələrdə, o cümlədən prokurorluq və hüquq-mühafizə orqanları arasında əməkdaşlığın möhkəmlənməsinə mühüm töhfə verir. Bu əməkdaşlıq hər iki dövlətin hüquqi sistemlərinin inkişafına, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsinə və beynəlxalq hüquqi əməkdaşlığın genişlənməsinə müsbət təsir göstərir.

Görüşdə Kamran Əliyev qonaqlara Azərbaycanda həyata keçirilən hüquq islahatları çərçivəsində prokurorluq orqanlarının fəaliyyətinin rəqəmsallaşdırılması, müasir idarəetmə mexanizmlərinin tətbiqi və institusional inkişaf istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.

Səmimi qəbula görə təşəkkürünü bildirən Muhsin Şentürk təmsil etdiyi qurumun Azərbaycan ilə əlaqələrin inkişafına xüsusi önəm verdiyini, iki qardaş ölkənin prokurorluq orqanları arasında əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliyini ifadə edib.

Görüşdə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb, ekstradisiya, hüquqi yardım, prokurorların təlimi və digər istiqamətlər üzrə əlaqələrin davam etdirilməsi barədə razılıq əldə olunub.

Bundan başqa, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyi müzakirə olunub, hər iki ölkənin prokurorluq orqanlarının beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının genişləndiyi, xüsusilə Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Baş Prokurorluqlarının Şurası çərçivəsində qarşılıqlı fəaliyyətin gücləndirildiyi, hüquqi əməkdaşlıq, təcrübə mübadiləsi və birgə təşəbbüslərin həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.

Görüş zamanı Muhsin Şentürkə iki qardaş ölkənin prokurorluq orqanları arasında əməkdaşlığın inkişafına verdiyi töhfəyə görə təltif olunduğu “Azərbaycan Prokurorluğunun 100 illiyi” Azərbaycan Respublikasının yubiley medalı təqdim edilib.

Görüşdə, həmçinin Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün iştirak edib.

Qeyd edək ki, səfər çərçivəsində Muhsin Şəntürkün ölkəmizdə həyata keçirilən hüquq islahatları və aparılan institusional dəyişikliklərlə tanış olmaq məqəsilə bir sıra yüksək vəzifəli şəxslərlə rəsmi görüşlər keçirməsi planlaşdırılır.

 

Paraqraf.com 

Loading

Visited 7 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Kəmaləddin Heydərov Bibiheybət yolunda yaranmış sürüşmə təhlükəsi ilə əlaqədar ərazidə olub
Next: Azərbaycanda qeyri-sabit hava şəraiti ilə əlaqədar bağlanan limanlar açıqlanıb

OXŞAR MÖVZULAR

4ffbf508-fed0-3b0a-b3d3-2465bf884e5e_1200 (2)

Azərbaycan XİN: Türkiyə ilə ortaq dəyərləmiz gələcək nəsillərə də həmrəylik ruhu aşılayacaq

admin 23 Aprel 2026
qDuY3V3GKU6CaqJBvOi5j4nLftdPmiV1GFUqE4V5_1200

Mərkəzi Asiya ölkələri və Azərbaycan ətraf mühitin qorunmasında birgə fəaliyyət üzrə bəyanat qəbul ediblər

admin 23 Aprel 2026
Gn4Bv65RrWYKapt61md7Tk2W9oxOy8wmwIM2b270_1200

Azərbaycan Misir ilə iqtisadi əməkdaşlığı müzakirə edib

admin 23 Aprel 2026

XƏBƏR LENTİ

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir” df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

23 Aprel 2026
Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb 02de5cd8-6ed8-4cec-b8b4-39fc322a71df

Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb

23 Aprel 2026
TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər bleZJUTrdVDCIT1832V88VVMBDJFdKomzDnJJw46_1200

TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər

23 Aprel 2026
Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub kxucwe2HQecOL5lfcWkwaamBq9fQWFtI4lP0VCZA_1200

Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub

23 Aprel 2026
Azərbaycan voleybol yığmalarının Avropa Liqasında oyun cədvəli müəyyənləşib 9e52d3c2-7ca0-403f-8f65-08873844dcea_1200

Azərbaycan voleybol yığmalarının Avropa Liqasında oyun cədvəli müəyyənləşib

23 Aprel 2026
Azərbaycanı Almaniyada keçiriləcək Avropa Kubokunda 39 cüdoçu təmsil edəcək 7GDdBFyrGfD3fhRxh06T759sqnhqpvMyilA8WFjO_1200

Azərbaycanı Almaniyada keçiriləcək Avropa Kubokunda 39 cüdoçu təmsil edəcək

23 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.