20 Okt 2026, Ça

Tağıyev qəsəbəsində dəm qazından zəhərlənən uşaqlardan ikisinin vəziyyəti ağırdır

PAYLAŞIN:

Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasında aprelin 2-də Hacı Zeynalabdin Tağıyev qəsəbəsində dəm qazından zəhərlənən uşaqlardan dördünün müalicəsi davam etdirilir.

Bu barədə Paraqraf.com-a Sumqayıt Tibb Mərkəzinin və Respublika Pediatriya Mərkəzindən məlumat verilib.

Qeyd edilib ki, dəqiqləşdirilməmiş virus meninqoensofalit diaqnozu (beyin və beyin qişalarının eyni vaxtda iltihablanması -red) təyin edilən 2 nəfərin vəziyyətləri ağır, dəqiqləşdirilməmiş virus infeksiyası diaqnozu təyin edilən 2 nəfərin vəziyyəti stabildir.

Respublika Pediatriya Mərkəzinin nəzdindəki Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasına təxliyə edilən 1 nəfərə meninqoensofalit diaqnozu təyin edilib. Hazırda vəziyyəti ağır stabil qiymətləndirilir.

Qeyd edək ki, aprelin 1-də Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində bir ailənin 6 üzvü dəm qazından zəhərlənib, sonradan aprelin 3-də onlardan biri ölüb.

 

Paraqraf.com 

Loading