20 Okt 2026, Ça

İlham Əliyevin Tbilisidə rəsmi qarşılanma mərasimi olub

PAYLAŞIN:

Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstanın paytaxtı Tbilisidə aprelin 6-da rəsmi qarşılanma mərasimi olub.

Paraqraf.com xəbər verir ki, Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Gürcüstan Prezidenti Mixail Kavelaşvili Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.

Azərbaycanın və Gürcüstanın Dövlət himnləri səsləndirilib.

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

 

Paraqraf.com 

Loading