20 Okt 2026, Ça

Gilgilçay üzərindəki körpünün bir hissəsi uçub

PAYLAŞIN:

Bu gün səhər saatlarında yağan aramsız yağışlar nəticəsində yaranan sel Siyəzən–Məşrif avtomobil yolunun 11-ci km-də Gilgilçay üzərində yerləşən körpünün bir hissəsini uçurub.

Bu barədə Paraqraf.com-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.

Məlumata əsasən, əraziyə AAYDA əməkdaşları cəlb olunub, təhlükəsizlik tədbirləri görülüb.

“Sürücülərdən alternativ olaraq Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yolunun 115-ci km-dən ayrılan Alxanlı yolundan istifadə etmələri xahiş olunur”, – AAYDA-dan bildirilib.

Qeyd edək ki, aprelin 5-6-da Bakı şəhəri və Abşeron yarımadasında yağıntının miqdarı aylıq normadan 4 dəfə artıq olub.

 

Paraqraf.com 

Loading