Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Eldəniz Əmirov: “Bankların kredit faizlərindən gəlirinin artması tamamilə normal prosesdir”
MANŞETÖZƏL

Eldəniz Əmirov: “Bankların kredit faizlərindən gəlirinin artması tamamilə normal prosesdir”

06 Aprel 2026 1 Min Read
PAYLAŞIN:

Banklar kredit faizlərindən son iki ayda 715 milyon manat gəlir əldə edib.

Bu ilin ilk iki ayında bankların kreditlər üzrə faiz gəlirləri 714.8 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 121.4 milyon manat və ya 20.4 % artım deməkdir.

İqtisadçı-ekspert Eldəniz Əmirov “Paraqraf.com”a açıqlamasında bildirib ki, bankların hazırkı şəraitdə kredit faizlərindən əldə etdiyi gəlirin yüksəlməsi normal iqtisadi prosesdir:

“Bu rəqəmlərin artması təbiidir. Əgər kredit faizlərindən əldə olunan gəlirlər artmırsa, bu artıq problem hesab olunur. Çünki Azərbaycanda bankların əsas gəlir mənbəyi məhz kredit faizləridir. Faiz gəlirlərinin artmaması normal qarşılanmazdı”.

O qeyd edib ki, kredit faizlərindən gələn gəlirin artması kredit faizlərinin yüksəlməsi anlamına gəlmir:

“Bu artım kredit portfelinin genişlənməsi hesabınadır. Bir neçə il öncə 20–21 milyard manat olan kredit portfelinin həcmi bu gün 31 milyard manata çatıb. Portfel böyüyürsə, həmin istiqamətdən daxil olan gəlirlərin də artması tamamilə təbiidir. Bu proses davam edəcək. Kredit faizlərinin artması isə arzuolunan deyil. Onun əsas səbəblərindən biri qlobal inflyasiyadır”.

 

Kəmalə Vəliyeva
Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

İlham Əliyevin Gürcüstanın Prezidenti ilə təkbətək görüşü olub

Next

OMODA & JAECOO Azərbaycanda rəsmi olaraq təqdim olundu

Copyright 2026— Praqraf.com. All rights reserved