Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/Peskov: Moskva Ermənistanın parlament seçkilərini İrəvanla müzakirə etmək hüququna malikdir
SİYASƏT

Peskov: Moskva Ermənistanın parlament seçkilərini İrəvanla müzakirə etmək hüququna malikdir

05 Aprel 2026 1 Min Read
PAYLAŞIN:

Moskva İrəvanla Ermənistanda növbəti parlament seçkilərini və onun gələcək planlarını müzakirə etmək hüququnu özündə saxlayır.

Paraqraf.com xəbər verir ki, bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov “Vesti”nin müxbiri Pavel Zarubinlə söhbətində bildirib.

“Biz həmkarlarımızla onların planlarını (qarşıdan gələn seçkilərlə bağlı – red.) müzakirə etməyi öz haqqımız hesab edirik”, – deyə o qeyd edib.

Peskovun sözlərinə görə, Ermənistanın seçdiyi istiqamətlər Rusiyanın yüksək diqqət mərkəzindədir: “Bizdə yaşayan böyük erməni diasporu 2 milyon nəfərdən çoxdur. Buna görə də erməni rəhbərliyinin özü üçün seçdiyi həmin istiqamətlər bizim yüksək maraq dairəmizdədir”.

Rusiya və Ermənistan liderləri Vladimir Putin ilə Nikol Paşinyanın 1 aprel tarixindəki görüşü barədə danışan Peskov qeyd edib ki, bir neçə saat davam edən danışıqlar faydalı, səmimi və zəruri idi.

“Tərəflər, xüsusən də Ermənistanda qarşıdan gələn seçkilər konteksində, eləcə də gündəmdə olan ticari-iqtisadi əməkdaşlığın əsas məsələləri ilə bağlı öz mövqelərini bir-birinin diqqətinə çatdırıb”, – Peskov bildirib.

O, Ermənistanın Avrasiya İqtisadi İttifaqı (Aİİ) və Avropa İttifaqında (Aİ) eyni vaxtda iştirakının mümkünsüzlüyünü bir daha vurğulayıb və hər hansı bir məqamda ölkə rəhbərliyinin seçim etməli olacağını deyib: “Biz deyirik ki, əgər siz (Ermənistan – red.) müəyyən mərhələdə Aİ ilə daha da irəli getsəniz, o zaman bizim iki sistemimiz bir-birinə uyğun gəlmir. Bunlar fərqli əməliyyat sistemləridir və siz hansısa bir məqamda seçim etməli olacaqsınız”, – Kremlin rəsmi nümayəndəsi qeyd edib.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Üç minə qədər gəmi Hörmüz boğazından keçə bilmir

Next

Azərbaycan XİN-dən Rusiyaya: Qarabağ bölgəsindən siyasi spekulyasiyalarda istifadə olunması qabuledilməzdir

Copyright 2026— Praqraf.com. All rights reserved