Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/Ceyhun Bayramov uqandalı həmkarı ilə ikitərəfli münasibətləri müzakirə edib
SİYASƏT

Ceyhun Bayramov uqandalı həmkarı ilə ikitərəfli münasibətləri müzakirə edib

03 Aprel 2026 2 Min Read
PAYLAŞIN:

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Uqandanın Xarici İşlər Nazirliyinin (XİN) beynəlxalq məsələlər üzrə dövlət naziri Henri Okello Oryemin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə Paraqraf.com-a XİN-dən məlumat verilib.

Görüş zamanı, Azərbaycan ilə Uqanda arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və inkişaf perspektivləri geniş şəkildə müzakirə olunub. Diplomatik münasibətlərin qurulduğu son 30 ildə əlaqələrin sürətlə inkişafından məmnunluq ifadə olunub.

C. Bayramov Azərbaycanın Uqanda ilə, ümumilikdə Afrika ölkələri ilə münasibətlərin inkişafına xüsusi əhəmiyyət verdiyini vurğulayaraq, Uqanda ilə əməkdaşlığın genişləndirilməsi üçün mövcud potensialın səmərəli istifadəsinin vacibliyini diqqətə çatdırıb. Bu çərçivədə iqtisadiyyat, ticarət, kənd təsərrüfatı, enerji, turizm və təhsil sahələrində əməkdaşlıq imkanları nəzərdən keçirilib. Uqandada “ASAN xidmət” modeli əsasında fəaliyyət göstərən Dövlət Xidmətləri Mərkəzlərinin açılışı təqdir olunub.

Tərəflər investisiya imkanlarının təşviqi, biznes dairələri arasında əlaqələrin genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsinin əhəmiyyətini qeyd ediblər.

Görüş zamanı beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə xüsusi diqqət yetirilib. Bu çərçivədə, Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı fəaliyyət, o cümlədən Hərəkatın sədrlik institutu və “troyka” mexanizmi çərçivəsində əməkdaşlığın faydalı olduğu, çoxtərəfli platformalarda qarşılıqlı dəstəyin davam etdirilməsinin önəmi vurğulanıb.

Azərbaycan tərəfindən beynəlxalq təqaüd proqramları çərçivəsində, o cümlədən Qoşulmama Hərəkatına üzv ölkələr üçün nəzərdə tutulmuş proqram çərçivəsində Uqanda tələbələrinin Azərbaycan ali təhsil müəssisələrində təhsil imkanlarından faydalandığı məmnunluqla qeyd olunub.

Regional və beynəlxalq təhlükəsizlik məsələləri, habelə qlobal çağırışlar ətrafında fikir mübadiləsi aparılıb.

C. Bayramov keçmiş münaqişə, post-münaqişə dövründə regionda mövcud vəziyyət, bərpa və quruculuq işləri, eləcə də sülh gündəliyinin irəlilədilməsi istiqamətində atılan addımlar barədə qarşı tərəfi məlumatlandırıb.

Görüşdə tərəflər qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələləri nəzərdən keçiriblər.

Eyni gündə, Azərbaycan və Uqanda XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfdən xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Uqanda tərəfdən isə XİN-in Beynəlxalq məsələlər üzrə dövlət naziri Henri Okello Oryem rəhbərlik edib.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Əbu-Dabidə raket hücumu nəticəsində 12 nəfər yaralanıb

Next

“Agenda Nexus”: Avropanın enerji təminatında Azərbaycanın rolu artır

Copyright 2026— Praqraf.com. All rights reserved