Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/SOCAR Misirin Dövlət Neft Korporasiyası ilə əməkdaşlıq müqaviləsi imzalayıb
MANŞET

SOCAR Misirin Dövlət Neft Korporasiyası ilə əməkdaşlıq müqaviləsi imzalayıb

01 Aprel 2026 1 Min Read
PAYLAŞIN:

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Misirin Dövlət Neft Korporasiyası (EGPC) arasında əməkdaşlığın əsas istiqamətlərini müəyyən edən çərçivə müqaviləsi imzalanıb.

Bu barədə Paraqraf.com-a SOCAR-dan məlumat verilib.

Bildirilib ki, imzalanma mərasimi 9-cu Misir Beynəlxalq Enerji Konfransı və Sərgisi (“EGYPS 2026”) çərçivəsində baş tutub.

Tədbirdə enerji təhlükəsizliyi, dayanıqlı inkişaf, bərpaolunan enerji mənbələri və müasir texnologiyaların tətbiqi kimi aktual məsələlər müzakirə olunub.

SOCAR-ın vitse-prezidentinin müavini Vitaliy Bəylərbəyov “EGYPS 2026” çərçivəsində “Qlobal ticarət axınlarının yenidən formalaşdırılması” mövzusunda təşkil olunan panel müzakirələrində çıxış edib. O, çıxışında Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm roldan, bu xüsusda ölkəmizin təşəbbüsü ilə icra olunan enerji layihələrinin, o cümlədən Cənub Qaz Dəhlizinin əhəmiyyətindən bəhs edib. Cənub Qaz Dəhlizinin əsas seqmentlərindən olan Trans-Adriatik Boru Kəmərinin 2020-ci ilin dekabrında tam istismara verildiyini xatırladan vitse-prezidentin müavini bu gün Azərbaycan qazının 10-u Avropa İttifaqının üzvü olmaqla ümumilikdə 16 ölkəyə tədarük olunduğunu bildirib. 2025-ci ildə Avropa istehlakçılarına təxminən 13 milyard kubmetr Azərbaycan qazı çatdırılıb ki, bu da 2021-ci il ilə müqayisədə təxminən 60 % artım deməkdir.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Argentina SEPAH-ı terror təşkilatları siyahısına daxil edib

Next

Ekspert: “Tikinti şirkətləri daha çox qazanc əldə etmək üçün xərcləri azaldır”

Copyright 2026— Praqraf.com. All rights reserved