Azərbaycanlı yazıçı Kəramət Böyükçöl bu gün doğum gününü qeyd edən yazıçı və millət vəkili Aqil Abbası özünəməxsus üslubda təbrik edib.
Kəramət Böyükçöl bildirib ki, aralarında zaman-zaman tənqidlər olsa da, münasibətləri səmimi olaraq qalır. O, bir vaxtlar Aqil Abbasın onun haqqında “camaat Kəramətə atasına görə hörmət edir” fikrinə zarafatla cavab verdiyini də xatırladıb:
“Demişdim ki, mənə atama görə hörmət edirlərsə, sənə də qaynatana görə hörmət edirlər”.
Qeyd edək ki, Aqil Abbasın qaynatası tanınmış şair Məmməd Arazdır.
Kəramət Böyükçöl bütün bu sözlərin zarafat çərçivəsində olduğunu vurğulayaraq, Aqil Abbasın xətrini çox istədiyini, onu dost və səmimi insan kimi tanıdığını bildirib:
“Küçədə elə gəzir, elə bil özü seçilib”.
Sonda yazıçı Aqil Abbası doğum günü münasibətilə təbrik edib, ona uzun ömür və uğurlar arzulayıb.
Həsən
Paraqraf.com
![]()
