Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Razi Abbasbəyli: “Nağdsız ödənişlər şəffaflığı artırsa da, nağd əməliyyatlara da ehtiyac qalacaq”
MANŞETÖZƏL

Razi Abbasbəyli: “Nağdsız ödənişlər şəffaflığı artırsa da, nağd əməliyyatlara da ehtiyac qalacaq”

31 Mart 2026 1 Min Read
PAYLAŞIN:

Son illərdə Azərbaycanda nağdsız ödənişlərin genişlənməsi iqtisadiyyatın daha şəffaf olması məqsədilə fəal şəkildə təşviq olunur. Rəqəmsal ödənişlərin əməliyyatların izlənməsini asanlaşdırması fonunda nağd dövriyyənin hələ də qalması müəyyən suallar doğurur.

Bəs nağdsız ödənişlər şəffaflıq üçün nə dərəcədə əhəmiyyətlidir?

İqtisadçı-ekspert Razi Abbasbəyli “Paraqraf.com”a açıqlamasında bildirib ki, nağdsız əməliyyatların artması vergi uçotunda şəffaflığı təmin etməklə iqtisadiyyatın sağlam inkişafına töhfə verir:

“Son illərdə nağdsız əməliyyatların genişlənməsi müsbət nəticələr yaradıb. Rəqəmsallaşma müasir iqtisadiyyatın əsas tələblərindəndir. İqtisadi şəffaflığın təmin olunması baxımından nağdsız ödənişlər mühüm rol oynayır. İlk növbədə, bu proses ölkənin investisiya reytinqini yüksəldir. Həm Dünya Bankı, həm də Beynəlxalq Valyuta Fondunun son iki ildə elan etdiyi hesabatlarda Azərbaycanın investisiya göstəricilərində ciddi artım müşahidə olunub. Kreditləşmə üzrə risk dərəcəsi bir pillədən çox aşağı düşüb ki, bu da xarici investisiyaların cəlbində müsbət dinamika göstərir”.

Ekspert əlavə edib ki, nağdsız ödənişlərin genişlənməsi vergi uçotunda şəffaflığın güclənməsinə, bunun isə qeyri-neft sektorunun inkişafına təkan verdiyini göstərir:

“Bu baxımdan, nağdsız əməliyyatların geniş tətbiqi artıq dövrün tələbidir”.

Razi Abbasbəyli onu da vurğulayıb ki, bütün sahələrdə yalnız rəqəmsal ödənişə keçid gözlənilmir və nağd əməliyyatların mövcudluğu müəyyən sektorlar üçün vacib olaraq qalacaq:

“Xüsusilə istehlak bazarında, aqrar sahədə, kənd təsərrüfatı məhsullarının alış-satış proseslərində nağd ödənişlərin davam etməsi təbiidir. Aqrar sektorun xüsusiyyətləri nəzərə alınanda nağd dövriyyənin qalması bəzi hallarda müsbət tendensiya sayıla bilər. Lakin burada da nəzərə alınmalı istisna məqamlar mövcuddur”.


Kəmalə Vəliyeva

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Universitetlərin regionlara köçürülməsi: inkişaf üçün yeni mərhələ?

Next

İlham Əliyevin sosial şəbəkə hesablarında Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edilib

Copyright 2026— Praqraf.com. All rights reserved