Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İQTİSADİYYAT/Neft bazarında Tramp effekti: bahalaşma Azərbaycana nə vəd edir?
İQTİSADİYYATMANŞET

Neft bazarında Tramp effekti: bahalaşma Azərbaycana nə vəd edir?

31 Mart 2026 2 Min Read
PAYLAŞIN:

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiymətində artım qeydə alınıb. Son məlumata görə, bir barelin qiyməti 3,81 ABŞ dolları və ya 3,07% yüksələrək 128,05 dollara çatıb. Bundan əvvəl isə bu göstərici 124,24 dollar idi. Maraqlıdır ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində neftin orta qiyməti cəmi 65 dollardan hesablanıb.

Bu qədər ciddi fərq fonunda sual yaranır: neftin bahalaşması doğrudan da iqtisadiyyat üçün dayanıqlı üstünlük yaradır, yoxsa ölkənin hələ də neftdən asılı olduğunu göstərən riskli siqnaldır?

Neft üzrə ekspert İlham Şaban Paraqraf.com-a bildirib ki, dünya bazarında neftin qiymətləri İran ətrafında baş verən müharibə fonunda qeyri-sabitlik dövrünə qədəm qoyub:

İlham Şaban: Neftin hazırkı qiyməti büdcəyə real təsiri ...

“Bu qeyri-sabitlik Fars körfəzi və Hörmüz boğazı üzərindən keçir. Orada böyük risklər yaranıb. Əgər müharibədən əvvəl neftin qiyməti 70 dollar ətrafında ticarət edilirdisə, mart ayı ərzində orta qiymət 100 dolları aşıb. Yəni bu təxminən 50%-lik artım İran və ona bağlı region ölkələrində enerji sektorunda yaranan risklərlə bağlıdır. Müharibə fazası Qərblə İran arasındakı münasibətlərə ciddi təsir edir və hərbi gərginlik aradan qalxdıqdan sonra bu risklər də azalmalıdır. Bu baxımdan qiymətlərin enməsi qaçılmazdır.

Qiymətin nə vaxt və nə qədər enəcəyini isə dünyada bəlkə də yalnız Donald Tramp bilir. Onun bəyanatları nə qədər ziddiyyətlidirsə, bazardakı qiymətlər də bir o qədər enişli-yoxuşludur”.

Ekspert qeyd edib ki, Azərbaycanda hasilatın pay bölgüsü sazişlərində iştirak edən şirkətlər dövlət büdcəsinə vergiləri rüblük əsasda ödəyirlər:

“Birinci rüb başa çatır və təxminən aprelin ilk yarısında həmin ödənişlər həyata keçiriləcək. Bu zaman rəsmi açıqlamalardan görəcəyik ki, büdcəyə rüblük proqnozdan artıq vəsait daxil olub, yoxsa ödənişlər proqnoz səviyyəsində qalıb”.

O əlavə edib ki, mənfəət yalnız gəlirdən deyil, xərclərdən də asılıdır:

“Qiymət artırsa, gəlir də artır. Amma buna paralel olaraq xərclər də yüksələ bilər. Təxminən bir-iki həftədən sonra, əgər hökumət məqsədəuyğun hesab edərsə, birinci rübdə Azərbaycan neftinin orta ixrac qiyməti açıqlana bilər və biz proqnoz göstəricilərindən nə qədər artıq gəlir əldə olunduğunu görə bilərik.

İqtisadiyyata real təsir isə ödənilən məbləğlə ölçülür. Vergilər artıbsa, deməli, dövlət bundan qazanc əldə edib”.

Kəmalə Vəliyeva
Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycanın basketbol millisinin AVRO-2029-un ilkin seçmə mərhələsindəki rəqibləri bəlli olub

Next

Yeniyetmələr arasında şahmat üzrə Azərbaycan çempionatına yekun vurulub

Copyright 2026— Praqraf.com. All rights reserved