20 Okt 2026, Ça

Dəmiryol vağzallarında elektron siqaret çəkənlər 30 manat cərimələnəcək

PAYLAŞIN:

İnzibati Xətalar Məcəlləsinə əsasən, sabahdan Azərbaycanda qatarlarda, dəmiryol vağzallarında, yerüstü qapalı və yeraltı piyada keçidlərində elektron siqaretlərin istifadəsinə görə 30 manat cərimə tətbiq ediləcək.

Bu barədə Paraqraf.com-a “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.

Bildirilib ki, “Tütün və tütün məmulatları haqqında” qanunla aprelin 1-dən ölkədə elektron siqaretlərin istifadəsi qadağan edilir.

“Elektrik qatarları ətraf mühitin qayğısına qalır, amma elektron siqaret sağlamlığa zərər vurur. Elektrik qatarlarından istifadə edin – təbiətə və özünüzə qayğı göstərin”, – məlumatda qeyd olunub.

 

Paraqraf.com 

Loading