20 Okt 2026, Ça

Bakıda keçiriləcək “Böyük İpək Yolu” turnirinə 10 ölkədən 150-dək boksçu qatılacaq

PAYLAŞIN:

Bakıda keçiriləcək boks üzrə “Böyük İpək Yolu” turnirinə qatılacaq ölkələr və idmançıların sayı bəlli olub.

Bu barədə Paraqraf.com-a Azərbaycan Boks Federasiyasından bildirilib.

Yarışda 10 ölkədən 150-dək boksçunun iştirak edəcəyi gözlənilir. Medallar uğrunda Azərbaycanla yanaşı, Avstraliya, Əlcəzair, Bolqarıstan, Gürcüstan, Macarıstan, Qazaxıstan, Moldova, Türkiyə və Özbəkistan idmaçıları mübarizə aparacaq.

Qeyd edək ki, “Böyük İpək Yolu” turniri aprelin 2-dən 8-dək Bakı Boks Mərkəzində təşkil olunacaq.

 

Paraqraf.com 

Loading