Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/Azərbaycan və Macarıstan aqrar sahədə texnologiya transferini müzakirə edib
SİYASƏT

Azərbaycan və Macarıstan aqrar sahədə texnologiya transferini müzakirə edib

31 Mart 2026 1 Min Read
PAYLAŞIN:

Azərbaycanla Macarıstan arasında aqrar sahədə əməkdaşlıq və hüquq-müqavilə bazasının gücləndirilməsi, kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması, aqrar sahədə ən müasir texnologiyaların transferi müzakirə olunub.

Paraqraf.com Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, müzakirələr nazir Məcnun Məmmədovla Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma, Türk Dövlətləri Təşkilatının (TDT) Budapeşt şəhərindəki Nümayəndəliyinin icraçı direktoru Balaj Hendrix və Quraqlığın Qarşısının Alınması İnstitutunun direktoru Laszlo Örloş arasındakı görüşdə aparılıb.

Görüşdə Quraqlığın Qarşısının Alınması İnstitutu ilə nazirliyə məxsus Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzi və Azərbaycan Dövlət Aqrar Universitetinin iqlim dəyişikliyinə qarşı mübarizə, su və torpaq idarəçiliyi sahələrində birgə regional və milli layihələrin həyata keçirilməsi, aqrar sektorda elmi-tədqiqat və təhsil sahələrində təcrübə proqramlarının həyata keçirilmə məsələləri müzakirə olunub.

M.Məmmədov Azərbaycan və Macarıstan arasında əlaqələrin, o cümlədən TDT çərçivəsində əməkdaşlığın yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. Nazir Macarıstan tərəfini Qafqazın ən böyük kənd təsərrüfatı sərgisi olan “Caspian Agro”nun 2026-cı ildə keçiriləcək sərgisində fəal iştirak etməyə və milli pavilyonla təmsil olunmağa dəvət edib.

Tərəflər aqrar sahədə əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını vurğulayıblar.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycan və Çin iqtisadi əlaqələrinin şaxələndirilməsini müzakirə ediblər

Next

Azərbaycanda “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat” dəyişib

Copyright 2026— Praqraf.com. All rights reserved