20 Okt 2026, Ça

Azərbaycan U-21 millisi Bolqarıstanla səfər oyununa çıxır

PAYLAŞIN:

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu bu gün keçirəcək.

Paraqraf.com-un məlumatına görə, Rəşad Eyyubovun baş məşqçisi olduğu kollektiv səfərdə Bolqarıstan komandası ilə üz-üzə gələcək.

Qarşılaşma Plovdiv şəhərində, Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Xatırladaq ki, U-21 altı komandanın yer aldığı B qrupunda 5 xalla beşinci pillədə qərarlaşıb. Meydan sahibləri 10 xalla dördüncüdür.

 

Paraqraf.com 

Loading