Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Aİ Ukraynanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini bir daha təsdiqləyib
DÜNYA

Aİ Ukraynanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini bir daha təsdiqləyib

31 Mart 2026 1 Min Read
PAYLAŞIN:

Bir sıra Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri 2022-ci ilin fevralında müharibənin başlanmasından bəri Rusiyanın Ukraynaya qarşı törətdiyi hərbi və digər cinayətlərə görə tam məsuliyyətin təmin edilməsinə sadiq qaldıqlarını vurğulayıblar.

Paraqraf.com xəbər verir ki, müvafiq birgə bəyanatı Kiyev və Buçada xarici işlər nazirlərinin qeyri-rəsmi görüşünün yekunları üzrə Avstriya, Belçika, Bolqarıstan, Xorvatiya, Çex Respublikası, Kipr, Danimarka, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, İrlandiya, İtaliya, Latviya, Litva, Lüksemburq, Malta, Niderland, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, İspaniya, İsveç, Ukrayna nümayəndələri və Avropa diplomatiyasının rəhbəri Kaya Kallas qəbul ediblər.

“Biz Ukraynaya qarşı təcavüz üzrə Xüsusi tribunalın və Ukrayna üçün iddialar üzrə Beynəlxalq komissiyanın yaradılması ilə bağlı Aİ-nin dəstəyi ilə Avropa Şurası çərçivəsində əldə edilmiş son irəliləyişi alqışlayırıq. Həmçinin Beynəlxalq Cinayət Məhkəməsinin Ukraynadakı vəziyyətlə bağlı araşdırmalarına dəstəyimizi ifadə edirik və bütün iştirakçı dövlətləri tam əməkdaşlığa çağırırıq”, – bəyanatda qeyd olunub.

Nazirlər vurğulayıblar ki, onlar 2022-ci ildə Buçada ölənlərin xatirəsini yad etmək üçün Ukraynaya gəliblər:

“Rusiyanın təcavüzkar müharibəsinin beşinci ilində biz Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin və beynəlxalq hüququn məqsəd və prinsiplərinə uyğun olaraq beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Ukraynanın müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə dəyişməz və qəti dəstəyimizi bir daha bəyan edirik”.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Tramp Fransanın qərarı barədə: Bunu unutmayacağıq

Next

Paşinyan Ermənistanda Aİ missiyasının yeni rəhbəri ilə Azərbaycanla sülh prosesini müzakirə edib

Copyright 2026— Praqraf.com. All rights reserved